kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sara qədimova – pıçıldaşın, ləpələr كلمات اغاني

Loading...

[bənd 1]
pıçıldaşın, pıçıldaşın, ləpələr
bəlkə mənə bir sözünüz var sizin
üç gecədir mənim ömür yoldaşım
buruq qazır qucağında dənizin
üç gecədir mənim ömür yoldaşım
buruq qazır qucağında dənizin

[bənd 2]
körpəmizi yatırmışam indicə
beşiyinə ay nurunu səpələr
sevgilimdən xəbər verib gizlicə
pıçıldaşın, pıçıldaşın, ləpələr
sevgilimdən xəbər verib gizlicə
pıçıldaşın, pıçıldaşın, ləpələr
[bənd 3]
gecə keçir, ay dolanır üfüqdə
göy xəzərin sinəsində meh əsir
ah, tez olun, darıxıram, ey sular
müjdə verin, sevən qəlbim tələsir
ah, tez olun, darıxıram, ey sular
müjdə verin, sevən qəlbim tələsir

[bənd 4]
mavi sular, sevgilimə yol verin
o qayıtsın alnıaçıq, üzüağ
çünki qızıl abşeronun oğluna
bir adətdir zəfərlərlə qayıtmaq
çünki qızıl abşeronun oğluna
bir adətdir zəfərlərlə qayıtmaq

[bənd 5]
pıçıldaşın, pıçıldaşın, ləpələr
bəlkə mənə bir sözünüz var sizin
üç gecədir mənim ömür yoldaşım
buruq qazır qucağında dənizin
üç gecədir mənim ömür yoldaşım
buruq qazır qucağında dənizin

[bənd 6]
körpəmizi yatırmışam indicə
beşiyinə ay nurunu səpələr
sevgilimdən xəbər verib gizlicə
pıçıldaşın, pıçıldaşın, ləpələr
sevgilimdən xəbər verib gizlicə
pıçıldaşın, pıçıldaşın, ləpələr

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...