
samira alimaryam - salam, o dünyanın sakinləri كلمات أغنية
[bənd 1]
havasız alınan nəfəs
şüşədən tikilən qəfəs
sakitlikdən gələn yek səs
bizə sabahı aça bilməz
yer üzündə qırğın gedir
yer üzündə qırılıb gənclər
cavan əti qoca qartal yeyər
qırmızı qanı sərdarlar içər
[keçid]
baxıram qalxan kütləyə
qanlı, dəhşətli səhnəyə
para_para yarılan ürəyə
qazılan səngərdə ölən gəncliyə
[nəqərat]
yenə də evimin qapısı döyülür
zirehli boğazlar anqırır: ‘’irəli!’’
qələbə çalanlar sayır itkiləri
salam, o dünyanın sakinləri
salam, o dünyanın sakinləri
hey!
[bənd 2]
sahibsiz çürüyən qisas
mahnılarda yalan avaz
yer altından çıxan miras
bizə sabahı aça bilməz
istədiyim bir havadır
bir divardır, söykənə bilim
istədiyim möhkəm bir haraydır
qışqırıqdır, yuxudan qalxa bilim
[keçid]
oxunan şirin mahnılar
yalan çatdıran atlılar
qoyma bizi diz üstə qoyanlar
gərgəmdə duran dəliqanlılar
[nəqərat]
yenə də evimin qapısı döyülür
qalxıram ayağa, səsləyim: ‘’irəli!’’
səsimi duyanın açılır gözləri
salam, bu dünyanın sakinləri
salam, bu dünyanın sakinləri
salam, bu dünyanın sakinləri
salam…
salam…
salam…
كلمات أغنية عشوائية
- masta ace - travelocity كلمات أغنية
- mandisa - silent night كلمات أغنية
- mavado - in di car back كلمات أغنية
- eidolon - astral flight كلمات أغنية
- remembering never - gangsta rap & peppermint schapps كلمات أغنية
- marlon roudette - 10 million كلمات أغنية
- magic - no hope كلمات أغنية
- marco polo - nostalgia كلمات أغنية
- marvin winans - just don't wanna know كلمات أغنية
- marley marl - the rebel كلمات أغنية