royal babayev - ömrün səhifələri كلمات الأغنية
[bənd 1] [royal babayev]
təsəvvür edəndə ki, sən olmasaydın…
necə olardı həyatım? necə olardı, həyatım?
sən içkilərlə dolu olan həmin o boz masaydın
ulduzlara toxunardıq, xəyalları pozmasaydın
olmasaydın yuxularda, olardın reallıq sən
gözlərindəki şaxtadan donardım bir anlıq mən
və birdən soyuğun təsirindən buza dönər saf uşaq
qayıt gəl! həyatda olmasa da, arzularda barışaq
bəlkə sevgim sənin üçün sadəcə qəpik_quruş!?
taqətdən salır məni saxta, amma qəti duruş
kəsib_doğrayar parça_parça məni siyah gözlərin
divardan asılan siluetin yaşamağa tək təsəllim
aç əllərini yalvar son ümidlərimə denən ki
“sevirəm! sevirəm səni, qəlbimə bıçaq sancan qatilim mənim!”
mənsə haradasa uzaq sahillərdə itmişəm
soyuq mənzilimdə soyuq cəsədim, sən demə mən getmişəm…
[bənd 2] [mortiferum]
alma, tale, kədər, ölüm…
bitmir bu qara ömür…
hara sürür bu ömrün şoferi, hə?!
ən əvəzolunmaz xəyallarımın qatilisən
dirisən, amma ki, ölü olsan daha yaxşı
şeş_beş ata bilmədim, bu sevgidə gətirmədi naxışım
hər gün süzülür boş badələrə çanqa
ya məni tez öldür, ya da ki, könlümdə qal
bizi danışardı ulduzlara hər gün kosmos
əbədi yanacağını sandığın sevgi olub toz
qatır qədər işim ağır, amma ki, beynim qanmır
bir də, bilməlisən, bakı gözyaşlarına inanmır
müvəqqəti ölümsüzlüyə görə üzr istəyirəm
səndən lap gəlsin əzab, beşini versən, yüzünü istəyirəm
içim həmişə bir əlvidalar şəhəri qap_qaranlıq
məzarımda gün nə çıxır, nə batır _ alatoranlıq
كلمات أغنية عشوائية
- verse - ghetto child كلمات الأغنية
- aybüke albere - öpücem كلمات الأغنية
- reks - regrets كلمات الأغنية
- lupe fiasco - muhammad walks كلمات الأغنية
- burning hearts - trade winds كلمات الأغنية
- swishahouse - how hustlers do it كلمات الأغنية
- joy frost - it's okay كلمات الأغنية
- sheek louch - bullet blaze & gotti shit كلمات الأغنية
- crow women - chalice to blade كلمات الأغنية
- жека расту (zheka rasty) - принцип нблв (principle nblv) كلمات الأغنية