kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

royal babayev - bağışla كلمات الأغنية

Loading...

[bənd 1]
bağışla, gecə, içim səndən daha qaranlıq
sən sevgi mələyisən, mənsə tanrı tənhalığı
sınıq qələmim əsir düşdü, göz yaşına toxundu
qara saçlarına dəyməz ehtirası bütün qadınların

ayağına batan zaman əcəlin sərt tikanıdır
öz əli ilə qoparardı bu fələk kaş qanadlarımı
məzarına mənəm gələn, başıma kül tökərək
getməyəcəm görməyənə qədər sənsiz qalmış cahanı

səni sevdiyimə gülənlər var ki, nazlı pərim
kaş yarın hüsnünü bir dəfə görərdi onlar, dilbərim
ümidlərimə gözlərindən dərin bir quyu qazdım
xəyallarım qarışdı tüstüyə, şeirlərimi də yandırdım

yar küyündən gələn səsləri göyərçinlər eşitsə
mənim kimi fəqan eyləyib, inildəyər onlar da
insanlar anlamaz, mənə tənə vuranlara deyin ki
“dərdimi duymaq üçün duyğu yoxdur onlarda”

[nəqərat]
gecə, mən, tozlu pəncərəm
sükut, əzilmiş şək!lləri, sınıq qələm
retro dərdlər, winston, ağrılar
hə… bir də, sənli xəyallar…

gecə, mən, tozlu pəncərəm
sükut, əzilmiş şək!lləri, sınıq qələm
retro dərdlər, winston, ağrılar
hə… bir də, sənli xəyallar…

[bənd 2]
bağışla, günəş, o, səndən də daha parlaq
hər səhər üfüqdən saçaraq öz şanələrin
isidir əllərimi özündən güc alaraq
xatırladır gözlərimi qamaşdıran ilahəni

xəyalına mənəm gələn qapıları tək_tək döyərək
neçə qıfıl qırmalıyam sevgi qapısını açmaq üçün?!
isti əllərində soyuqdan titrəyərək
neçə odda yanmalıyam günəş kimi saçmaq üçün?!

yadında saxla məni ən dəyərli xatirən kimi
faciələri zamana bağışladım sən gedəli
saçlarının qoxusu hələ də getmir əlimdən
axı mən yoxluğunda göz yaşımda boğmuşam bu bədəni

ruhuma küskünəm mən; sözlərimi bölməmişəm
xəzərdə boğulanda qəlbim itib, ölməmişəm
inan, mən də sənin qədər üzgünəm
özünü tapmaq istəyəndə gözünü üzümə çevir
mən sənin öz güzgünəm…

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...