kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

royal babayev - bərk qaçırdım كلمات الأغنية

Loading...

[bənd 1] [royal babayev]
morti bərk qaçırdı, mən də sərt qaçırdım
həyatın axınına qarşı, düzdür, çətin idi
amma ki, çətir idi əlimdəki
önümdəki əngəlləri bir_bir aşırdım
ona görə bərk qaçırdım

bir anlıq dön keçmişə, sal yadına olanları
əsasları fikirləş sən, at qırağa qalanları
fikirləş yalanları, gör nə günə qalıb dünya!?
ilahi, eşidə bilmirəm, bir az da bərk pıçılda

pıçılda duysun səni cəm_i oyaq, yatan
sözümdə həqiqət var, yatma, artıq oyan!
ağır xəyanətin ağrısıdır canı yoran
özünə əzab vermə, burax getsin qəlbi soyan

bil ki, mazoxistdir həyat, doymaz ağrı verməkdən
indi gedirəm mən, gəlməyəcəm “bəlkələr”dəyəm
məncə qalmışam mən səndə, çünki “səncə”lərdəyəm
artıq dayana bilmirəm! ona görə bərk qaçıram mən!

[bənd 2] [mortiferum]
gedirdi hər şey sürətli, ona görə bərk qaçırdım
günəş üzümüzə hər dəfə yeni rəng saçırdı
səndən mənə neçə məktub qaldı; yandırardıq onları
təəssüf, alınmadı, dünən gecə tək yandırdım

əslində mən tək qalmırdım
sadəcə həyat qara_boz idi, mən də rəng qatırdım
bəlkə də səhv atırdım hər oxu mən
kaş ki, ürəyimiz də unutqan olsa, unudaram hər p_xu mən!

ədalətin görünməzliyi axı necə isidir içdən!
soyuq baxış istə və soyuq əl, isti ciblər
itdi içdə qəlbin yolu, tapa bilmədim
özümü heç cür o biri tərəfə ata bilmədim

nə də silmədim yaşadıqlarımızı mən xatirələrdən
əclaf olmasam da, özüm özümə qatiləm hərdən
bu səbəbdən bəzən yox olmalarım
anlama varı, axtar səbəbini yox olmağın

anla arzunun könüldə çox olmağını, sil getsin
tox adam anlamaz, beynim tox olmasın
bəzən yaransın depressiya, lap nevroz
amma tanrı təkcə ümidlərimə toxunmasın

nə isə bərk qaçırdım, düşdüm təndirə
həyat döndü tərsinə, müsbət oldu əksinə
xoş günlər durub üzümə, geri qayıtmır
mənsə sürətlənirdim bir az da, bir az da bərk qaçırdım!

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...