kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

röya - sevgim lyrics

Loading...

[bənd 1]
bir ümid görsə, çay kimi
kükrəyərdi sevgim, çağlardı sevgim
qara gümanlara qılınc çəkərdi
məni sabahlara bağlardı sevgim

gördüm, göy üzünün gözləri doldu
ürkək bənövşənin bənizi soldu
kərəm bir ah çəkdi, özü kül oldu
dünyanı yandıran ahlardır sevgim

[nəqərat]
əlimdən, əlimdən yapışan mizə dönərdi
yollara, yollara boylanan gözə dönərdi
dilimi yandıran, dilimi yandıran sözə dönərdi
yetim uşaq kimi ağlardı sevgim, sevgim

[bənd 2]
gördüm, göy üzünün gözləri doldu
ürkək bənövşənin bənizi soldu
kərəm bir ah çəkdi, özü kül oldu
dünyanı yandıran ahlardır sevgim

ötüşən vədlərə, çağlara baxma
xəzana tuş gələn bağlara baxma
göyə dayaq olan dağlara baxma
dağlara ucalan dağlardır sevgim
[nəqərat]
əlimdən, əlimdən yapışan mizə dönərdi
yollara, yollara boylanan gözə dönərdi
dilimi yandıran, dilimi yandıran sözə dönərdi
yetim uşaq kimi ağlardı sevgim, sevgim, sevgim

dilimi yandıran, dilimi yandıran sözə dönərdi
yetim uşaq kimi ağlardı sevgim, sevgim

əlimdən, əlimdən yapışan mizə dönərdi
yollara, yollara boylanan gözə dönərdi
dilimi yandıran, dilimi yandıran sözə dönərdi
yetim uşaq kimi ağlardı sevgim, sevgim

Random Lyrics

Hot Lyrics

Loading...