kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

röya - sən lyrics

Loading...

[giriş]
bizə qanad verən sevgi adlı möcüzə var
bizə səbir verən sevgi adlı möcüzə var
bizə uçuş verən, bizə yapış deyən
bizi alışdıran, bizi görüşdürən

[bənd 1]
sərin gecələr, qayğısız küçələr
şəhər dincələr, qəlbim dərd çəkər
alovlanıram mən, yanıram coşqun qucağında
mən batıram göz yaşların bulağında

batdım günaha, məni qınama daha
üzümü tutmuşam sabaha, qabağa
ümidim dəniz kimidir, sən isə dalğa
biz keçici, eşq əbədi sel kimi axa_axa

günəş dərddən əyilib döndü
cahanda titrəyən sim də söndü
üz döndü, dünya döndü
ümidli röyam gecə xəyalımda öldü

[nəqərat]
gəl, ürək dolu, danışaq
gəl, ürək dolu, görüşək
sən qəlbi qıran bir insan
sən yaşamağa peşman edən
gəl, ürək dolu, sevişək
gəl, ürək dolu, danışaq
sən qəlbi qıran bir insan
sən yaşamağa peşman edənsən

[bənd 2]
o gün alovun yandırdı dərimi
bilmədim, kimə danışım bu dərdimi
o gün gözlərində batdım daş kimi
o gün qabağında əridim şam kimi

mənə deyirdin: “həyatımın mənasısan
mən üzük, sən isə qaşımsan”
haradasan, haradasan? indi gizlətdin dərdini
təhminə zaurdan gizlətdiyi kimi

bağışla göz yaşlarına görə
sonsuz çaylara bənzər
bağışla ki, qucaqlamadım sonda
itdin dəniz üfüqünə bənzər

qayıt, dodaqlarının dağlarını keçərəm
qayıt, gözlərinin çaylarında üzərəm
qayıt, səsinin yağışında gəzərəm
təki qayıt, əllərindən dəniz içərəm
[nəqərat]
gəl, ürək dolu, danışaq
gəl, ürək dolu, görüşək
sən qəlbi qıran bir insan
sən yaşamağa peşman edən

gəl, ürək dolu, sevişək
gəl, ürək dolu, görüşək
sən qəlbi qıran bir insan
sən yaşamağa peşman edənsən

[bənd 3]
səadət sarayı, şəhadətnaməyə qol çəkir qız
valideyn səhvinin cəzasını çəkir qız
mendelson marşı səsləndi, üzüklər taxıldı
yeni ailə quruldu, xəyallar dağıldı

qırıldı son ümid, son sözlər bitdi
buludların arasında göyərçinlər itdi
indi gül yalandan, rəqs et uzaq qohumu üçün
pis xatirələrin rəngli albomu üçün

gəlinin bacısı göz yaşlarını gizlədə bilmir
o, hər şeyi başa düşür, amma heç nə edə bilmir
onu bərk qucaqlayıb qız qulağına pıçıldayacaq
“ağlama, bacım, səndə hər şey başqa cür olacaq!”
elə bu sözləri deyən kimi qız özündən getdi
hamı dərhal yığışdı, bəy özünü yerinə yetdi
bir neçə dəqiqədən sonra qız açdı gözünü
dedi: “o məni itirdi, mən isə özümü”

[nəqərat]
gəl, ürək dolu, danışaq
gəl, ürək dolu, görüşək
sən qəlbi qıran bir insan
sən yaşamağa peşman edən

gəl, ürək dolu, sevişək
gəl, ürək dolu, görüşək
sən qəlbi qıran bir insan
sən yaşamağa peşman edənsən

Random Lyrics

Hot Lyrics

Loading...