kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

roof is mine - şans verin lyrics

Loading...

[bənd 1]
saçı qıvrım, gözü mavi olmadı
muncuq kimi düzülmədi dişləri
heç kim çönüb arxasınca baxmadı
heç kim onu kəşf eləyə bilmədi
kimsə çönüb arxasınca baxmadı
heç kim onu kəşf eləyə bilmədi

kimə adi, kimə çirkin
beləsinə kim meylini salar ki?
hər insana bircə ovuc şans verin
gözəllərə vurulmağa nə var ki
hər insana bircə ovuc şans verin
gözəlliyə vurulmağa nə var ki

[nəqərat]
nə var ki, nə var ki…
gözəlliyə vurulmağa nə var ki…

[bənd 2]
bir az nimdaş, bir az ucuz geyinib
boz şalvarı illər öncə qara idi
köynəyində yazı var idi, silinib
kaş silinən tənhalığı olaydı
köynəyində yazı var idi, silinib
kaş silinən tənhalığı olaydı
bütün günü od_alovda
kim tərini dəsmal ilə alar ki?
hər insana bircə ovuc şans verin
varlısına vurulmağa nə var ki
hər insana bircə ovuc şans verin
var_dövlətə vurulmağa nə var ki

[nəqərat]
nə var ki, nə var ki…
var_dövlətə vurulmağa nə var ki…

[bənd 3]
mətbəx iyi hopub onun üstünə
olan_qalan təravətə qəsd edir
həsrət qalıb diqqətinə, istinə
o, ömrünü övladına həsr edir
həsrət qalıb diqqətinə, istinə
tək ömrünü övladına həsr edir

eşitməyib yoldaşının naləsin
cavanlara tamahını salan kim
sevginizə bircə ovuc şans verin
yenisinə vurulmağa nə var ki?!
sevginizə bircə ovuc şans verin
yenisinə vurulmağa nə var ki?!
[bənd 4]
əlindən tut, bir xoş söz de, qucaqla
açılışsın, donu_buzu ərisin
ona onu sevdiyini açıqla
sən ümid ver, o edəcək gerisin
ona onu sevdiyini açıqla
sən ümid ver, o edəcək gerisin

dəyişəcək, özünü də, səni də
həyatına yeni nəfəs gətirsin
bir də gördün dəyişəcək məni də
hər insana bircə ovuc şans verin
bir də gördün dəyişəcək məni də
hər insana bircə ovuc şans verin

[çıxış]
şans verin, şans verin
hər insana bircə ovuc şans verin
şans verin, şans verin
çirkinə də bircə ovuc şans verin
kasıba da bircə ovuc şans verin
hər insana bircə ovuc şans verin

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...