
rg - 2 cahan lyrics
[1_ci hissə: orxan qarabasma]
dərdindən dəli_divanə, eşqinə mən xəstə
qəlb evimi xarabaya döndəribdir həsrət
tək yaşayan avarayam, olmamısan qismət mənə
olmamısan da mənim, əgər olmusansa qismən
gizlət sevgini, istər mənə hirslən
səni mənlər ayırdı, məni səndən, biziysə bizdən
ikimiz də günahkarıq ki, çəkib içimizdə əzab
ölü kimi yaşamışıq və beləcə ölüb hislər
can candır, can yandı, amma cana yanmadı canan
mənə o lazımdır ancaq, necə ruhuma cahan
hər axşam qəm yeməyi gətirər iştaha
yenə tanrı məni təkliklə eləyər imtahan
daha ol rahat
mən sənə onsuz yad
saat dayansın, yuxuda sonsuz yat
mən röyalarda görə bilirəm onu onsuz da
yarım olsan, yarı olsaq, ola bilmərəm onsuz tam
[nəqarət: orxan qarabasma]
mənə sığar iki cahan
biri can, biri canan
o yalan, mən yanan
yanan o ağrılar, mən zaman
iki cahan
biri can, biri canan
o yalan, mən yanan
yanan o ağrılar, mən zaman
[2_ci hissə: rg]
sənə yazılan sonuncu bəstəm səni səslər
səni tərslər, ruhumu bəslər nifrətim
aramıza girən kəslər, ”kaş”lar
aşılar aşiqə təzdən
aldadıb onu sözlər
anladım bunu məhz mən rəsmən
edib qəsdən, gedib əsmər, amma bəs mən?
mənə düşmən düşmən nəfəsimi kəsməz
dedi, bəs nə yerə düşər_düşməz
yenə səslər salıb tərsə, gətir ərsə
qazan onu təzədən edib sərsəm
içimizdə xəzan olub hislər
ikimiz də sevgini seçə bilən həzdən danışım
otur, sənə bizdən danışım
ala gözlü iblisdən, ona inanan gicdən danışım
necə vəziyyət qarışıq
bədənimə əziyyət qarışıb
sənsə göz yaşının hər qarışını
altına gizlət balışın
[nəqarət: orxan qarabasma]
mənə sığar iki cahan
biri can, biri canan
o yalan, mən yanan
yanan o ağrılar, mən zaman
iki cahan
biri can, biri canan
o yalan, mən yanan
yanan o ağrılar, mən zaman
Random Lyrics
- 77.mp3 - najhladnija lyrics
- karen peck & new river - can you believe it lyrics
- jak tripper - barboons and lorikeets lyrics
- les bicyclettes blanches - hot hot hot!!! lyrics
- karamose - jamaican virgo lyrics
- legacy at heart - deathbed lyrics
- svm3k - każdy z nas lyrics
- young fathers - sink or swim lyrics
- red chair (빨간의자) - if you come into my heart lyrics
- carlo karacho - wasser zu wein lyrics