![kalimah.top](https://kalimah.top/extra/logo.png)
rg & orxan qarabasma - azrapatena nağılı (skit) كلمات الأغنية
[skit: anar nağılbaz]
ala, buna nə qədər tütün vurublar ala
biri var idi, biri yox idi. lap uzaq qartal vilayətində azrapatena krallığı var idi. burada ortada heç nə olmasa da, hamı bir_birinə düşmən idi. böyüklər çəkilmişdi hərəsi bir tərəfə, elə kiçiklərin onsuz da çoxu nə böyük bilirdi, nə də ki kiçik. nə də ki mərifət_qanacaq qalmışdı. bir gün bu şəhərin mərkəzində iki köhnə dost təsadüfən görüşürlər. rg və orxan qarabasma otururlar bir az oradan, bir az buradan, keçmişdən və azrapatenanın görünməyən gələcəyindən söhbət edirlər. söhbətləri heç də ürəkaçan olmur
_ millət kosmosa uçur, bunlar hələ takta düşə bilmir, _ deyir orxan
bu hala dözə bilməyən rg deyir:
_ bəlkə, bir dənə albom biz eliyək
orxan deyir:
_nə albom e, ala
anar sözünü kəsir ki:
_ mini, yəni balaca, görək necə olur da
orxan deyir:
_ yox e, heç kim başa düşməz bizi
onda anar deyir ki:
_ bir dənə “cboppi”, sonra söhbət edərik
nə isə bir dənə “cboppi”, sonra gözə “qara eynək” düşürlər şəhərə. nə isə, yolda elə şeylər görürlər bunlar, mc’lərin bir_birinin dalınca danışmağı, üzə gülməyi, bir_birlərinə badalaqları
orxan deyir ki:
_ bunlara adam lap “badtrip” tutar ki, ala
anar deyir:
_ bizim yerimiz bu avaraxana deyil, gedək studiyaya. bütün dünya dursa da qəsdinə, sən işinlə “məst elə”
gəlib çatırlar zahid xəlilov, 69_a. düz gölün yanında başlayır bunların bir illik zəhmətləri. bir il tamam olur, yetişir, iş bitir. “qara biznes”in bir parçası olduğu üçün o yolla da bütün vilayətə paylanılır. bu albom ortaya çıxır. bütün azrapatena qulaq asır, necə də boş şeylərlə məşğul olduqlarını anlayıb, barışıb firavanlıq olsun deyə bir araya gəlib azrapatenanı ayağa qaldırmağa qərara verirlər və hamı xoşbəxt yaşayır. indi nağıl əminiz bu nağılı xırdalasın, rg və qarabasmanın bu albomu var ha, bir ildi işləyib gətirməsinin reallığıdır. hə, albom tutacaqmı, tutmayacaqmı bu da ehtimaldır. nağıl olan tək şey odur ki, azrap bir oldu
كلمات أغنية عشوائية
- internal rhyme - mic check كلمات الأغنية
- stoffer & maskinen - barndommens gade كلمات الأغنية
- iamx - nature of inviting (terence fixmer remix) كلمات الأغنية
- karlla naynna - ninhada de humanos (apogeu) كلمات الأغنية
- broken door - hey you كلمات الأغنية
- canibus & bronze nazareth - battle buddies 4 life كلمات الأغنية
- natalie cole - bridge over troubled water كلمات الأغنية
- nextnewnormal - fall كلمات الأغنية
- rocé (fr) - mon crâne sur le paillason كلمات الأغنية
- bade - hide no more كلمات الأغنية