kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

rast - bu gecə كلمات الأغنية

Loading...

[bənd 1]
qaranlıq ətraf, qaranlıqdır necə
qaranlıq səma da açıb üzün incə
qaranlıq uçuruma gedirəm mən bu dünyadan
inan ki, o zülmət içindən hələ yoxdur qayıdan

keçmiş həyatım durub göz qarşımda
mənim fikrim, hisslərim qatışıb başımda
sanki iblis aldadıb şirin sözüylə…

göyə baxdım, baxışım fikrimdən ağır
göydən soyuq ulduz yağışı könlümə yağır
ömür yarğanı yolum üstdədir mənim daha
qəmər, gözlə məni sən yerdə tənha

gecə öz baxışıyla yerə qaranlıq saldı
cənnətdə bitən ümidimi birdən aldı
ümidsiz olan könlüm yarpaq kimi saraldı

bu gecənin içində axan sular dayanar
bu gecə içində əsrlər yatan oyanar
bu gecənin içində sönmüş ocaq odlanar

bu gecə…

[bənd 2]
uzaqda yanan ümid işığı çağırır məni
qatıb qarışdırır onsuz da kövrək qəlbimi
ulduzların soyuq nəfəsi isə deyir – ‘’dayan’’
bu gecə yuxusundan, eşidirsən, oyan
birdən mən ayılıb özüm özümə dedim – “bəsdir”
hər gecə durub göyə baxırsan, nə həvəsdir?
nə olub axı sənə, dalırsan bu dünyadan?
vahimə gecəsindən, eşidirsən, oyan

gecə…
ulduzlar arası dənizə baş vurub uzağa mən üzərəm
necə?
kimsə söyləməz, bu gecə əzabına necə dözərəm?

kimə söyləyim ürəyimdə olan dərdimi?
kimə açıb boşaldım mən öz coşqun qəlbimi?
heç özüm bilmirəm nədən məni bu dünyada
ümidim qalıb bu gecə içində fəryada
qaranlıq səma açıb üzünü incə
bu gecə…

[nəqərat]
gəl, gəl
gəl, istəyim
gəl, gəl, məhəbbətim
gəl, gəl
gəl, həsrətim, gəl

gəl, gəl
gəl, istəyim
gəl, gəl, məhəbbətim
gəl, gəl
gəl, həsrətim, gəl
gəl, gəl
gəl, istəyim
gəl, gəl, məhəbbətim
gəl, gəl
gəl, həsrətim, gəl

gəl, gəl
gəl, istəyim
gəl, gəl, məhəbbətim
gəl, gəl
gəl, həsrətim, gəl
gəl, gəl…

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...