raphaellogy - günah keçisi كلمات الأغنية
qaranlıqdan aydınlıqlar doğar
görməzdən gəlinən günahların səni boğar
o gün fərqi yoxdu istər azal istər çoxal
bilmək istəmədiyin hər şeyi beyninə soxar
inkişafı unut bir də boş_boşuna dolan
amma hekayənin sonunda mən olmayacam solan
kolgələrdir məncə daşları yerinə qoyan
zaman gəlib keçici mənim adımsa “nolan”
haha, danışmaqla itirmirəm vaxtı
çünki dinləyəndə anlayırsan ki ildırım çaxtı
şeytanların cəhənnəmi cənnət deyə tanıtdıqları
bir yerdə necə deyərəm “gətir o taxtı”?
zehinləri anlamağa çalışmaqla məşğul
kölələri inkar eləyəcək qədər boşdur
sonum onlar kimidirsə istəmirəm məşhur
olmağı… yerimdə sayıb duraram mənə xoşdur
bəlkə də göylərə yüksəlib
gecəyə bir ulduz kimi parlayacaq
qatili hökm edəcək yenə
günah keçisini sirr kimi saxlayacaq
davam edir beatim, gözümün önündən itil
yola çıxdım çantamda hip_hop altımdaysa ritm
bir anda başlayan hər şey, bir anda da bitir
üsyan marşı çalınır öz səslərində itir
şeytan oyunlarının bilənini sevməz ki
bəhs etdiyi oyunları ondan yaxşı bilirəm
hiləylə sürüyə daxil olan qoyun getməz ki
getməsi üçün tez davranıb hilələri silirəm
şərəfi_mərəfi boş ver, bu məsələ ayrı
güc_bəlayla girilən yoldan belə çətin olsa da dönülər
yerlər qara bürünər, çoban acizcə sürünər
hər kəs bölünər, bəlkə o zaman uğrunda ölünər
ikiüzlülərdən şöhrət dilənməklə nə işim?
səfalətə fərq eləməz ki, ac ya da tox ol
istədiyin qədər danış, fikrim yoxdur dəyişim
yanımda dur sonsuza qədər ya da yox ol
bəlkə də göylərə yüksəlib
gecəyə bir ulduz kimi parlayacaq
qatili hökm edəcək yenə
günah keçisini sirr kimi saxlayacaq
كلمات أغنية عشوائية
- freud vinces - roi كلمات الأغنية
- isabelle christine bertanha - orange كلمات الأغنية
- ariete - quattro inverni كلمات الأغنية
- little town - un útimo hyperpop كلمات الأغنية
- soulja boy & lil b - classical كلمات الأغنية
- the washmachine - evanescente (parte 2) كلمات الأغنية
- josephine (gr) - thelo na se do (unplugged) كلمات الأغنية
- yxna - chronic كلمات الأغنية
- the deadly youngan - stop snitching كلمات الأغنية
- nuitnuit (뉘뉘) - 넌 어때? (how about you?) كلمات الأغنية