rəşad ilyasov - insaf elə كلمات أغنية
[bənd 1]
sən gözəl bir balasan, maral baxış canlar alan
bal dodaq, lalə yanaq, sevgilisin dərdə salan
gözəlim, naz eləmə, ağrın alım, insaf elə
bu cavan aşiqini hicr oduna salma, gözəl
sənə mən qurban olum, ay qara qaş, ay qara tel
məni min dərdə salıb, özgələrə bağlama bel
[nəqərat]
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin

qalmadı məndə nə taqət, nə də ki, səbri_qərar

səbri_qərar, səbri_qərar, nazlı balam, nazlı yarım, insaf elə
[bənd 2]
qaşların qələm kimi, kirpiklərin oxdur sənin
həsrətindən ölürəm, yar, xəbərin yoxdur sənin
gözlərim gördü səni, sevdi onu, yandı könül
məni məcnun eləyib zülfünə bağlandı könül
sənə mən qurban olum, ay qara qaş, ay qara tel
məni min dərdə salıb, özgələrə bağlama bel
[nəqərat]
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
qalmadı məndə nə taqət, nə də ki, səbri_qərar
qalmadı məndə nə taqət, nə də ki, səbri_qərar
səbri_qərar, səbri_qərar, nazlı balam, nazlı yarım, insaf elə
[bənd 3]
baxışın canların alır, gül yanağın ayə dəyər
yar, sənin bircə sözün bütün bu dünyayə dəyər
can deyib, can eşidək, könlü cavan, qəlbi təmiz
belə xoş günlər içində yaşayaq gül kimi biz
sənə mən qurban olum, ay qara qaş, ay qara tel
məni min dərdə salıb, özgələrə bağlama bel
[nəqərat]
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin…
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin
qalmadı məndə nə taqət, nə də ki, səbri_qərar
qalmadı məndə nə taqət, nə də ki, səbri_qərar
səbri_qərar, səbri_qərar, nazlı balam, nazlı yarım, insaf elə
كلمات أغنية عشوائية
- apartheid boys - hit a lick كلمات أغنية
- curtis mcmurtry - rebecca كلمات أغنية
- sleet mage - dazzle ray كلمات أغنية
- cornelia murr - tokyo kyoto كلمات أغنية
- stathd - balling كلمات أغنية
- kamrad01 - young kamrad كلمات أغنية
- izemusic (ft. ize vinsin & ize feli) - trends كلمات أغنية
- caballero & jeanjass - la paire كلمات أغنية
- cy8er - カタオモイワズライ (kataomoiwazurai) كلمات أغنية
- crunk witch - drive كلمات أغنية