
qaraqan - yadımda كلمات أغنية
[verse: qaraqan]
qapılar açılır sonsuzluq
növbəti dayanacaqda yuxusuzluq
son buraxılmış zəng səssizlik
gecə radiosu dalğa kimsəsizlik
söndürür işığın son pəncərələr
boş küçələr necə də mənə bənzər
amma üzümdəki gülüş səncə nədən?
çünki sən getdin, amma xəyalın qaldı məndə
[nəqarət: qaraqan]
yadımda
əllərinin istisi və
qaladığımız ocağın tüstüsü də
yadımda
yanağındakı xalları
sayırdım sanki göydə ulduzları
yadımda
əllərinin istisi və
qaladığımız ocağın tüstüsü də
yadımda
yanağındakı xalları
sayırdım sanki göydə ulduzları
[verse: qaraqan]
de nə qaldı bizə bu təcnisdən?
mənə sənsizlik, sənə mənsizlik
amma bilirəm sənə yaxşı mənsiz də
yollar ayrılır əlvida vaxtı kövrək səssizlik
xəyalını hər kəsdən gizlədəcəm
gecə şəhər yatacaq
biz rəqs edərik səninlə səhərəcən əl_ələ
duman dolacaq şəhərə
bizi yuyacaq xəzərə
çevirib sirrimizi sərçələrə
[nəqarət: qaraqan]
yadımda
əllərinin istisi və
qaladığımız ocağın tüstüsü də
yadımda
yanağındakı xalları
sayırdım sanki göydə ulduzları
yadımda
əllərinin istisi və
qaladığımız ocağın tüstüsü də
yadımda
yanağındakı xalları
sayırdım sanki göydə ulduzları
كلمات أغنية عشوائية
- shaboozey - last of my kind كلمات أغنية
- wishlane - ten mile meltdown (vip) كلمات أغنية
- marllie - break from gidi كلمات أغنية
- imp. - ninnin jack كلمات أغنية
- 市松寿ゞ謡 (itimatu suzuka) - moonwalk كلمات أغنية
- mischief - blessings كلمات أغنية
- eternal autumn - lived once, buried twice كلمات أغنية
- nigy boy, dj mac & crashdummy - get wild كلمات أغنية
- мц шарипа (mc sharipa) - мустафа (mustafa) كلمات أغنية
- glokk40spaz - angelo jr كلمات أغنية