kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qaraqan - sahillər (gəmilərini gözlər) كلمات أغنية

Loading...

sahillər gəmilərini gözlər
illər məni geriyə səslər
hardasan, gözəlim, hardasan?
qışmı qəlbin, ya bahardasan?

bir axşam taksidən payıza
əl_ələ qaçarıq sənlə uzağa, harasa
bu dünyada tapa bilmədik biz özümüzə ev
darısqal buralar, bizə darısqal
ürəyimizi sıxırdı şəhərin
necə olarları, nə edərləri
xatirələri qatladıq, səliqəli çantamıza atdıq
və çıxardıq yaddan
orda hamı mini king, mikro imperator
biz isə azadıq dənizlərdə, biz piratıq
bizim azadlığımız onların qorxulu yuxusu
yuxularına biz haram qatırıq
rahatlığı biz sərgüzəştlərə satırıq
titanik batır, biz qalxırıq aysberqin üstünə
kömək gələnə kimi qalın şubalara bürünürük
ulduzlara baxırıq

sahillər gəmilərini gözlər
illər məni geriyə səslər
hardasan, gözəlim, hardasan?
qışmı qəlbin, ya bahardasan?
bir axşam taksidən payıza
fikirlərimiz uçar uzağa, harasa
retroqradın küçələri dolu
yalan dəyərlər ilə
hara baxsan, hamı yarasa
dalanların arası ilə
ayaqların hələ də o şəhəri gəzərmi?
xəzrilər əsərmi?
xatirələrim yarımçıq əsər
amma eşitmişəm, bakını tərk edir xəzər

sahillər gəmilərini gözlər
illər məni geriyə səslər
hardasan, gözəlim, hardasan?
qışmı qəlbin, ya bahardasan?

sahillər gəmilərini gözlər
illər məni geriyə səslər
hardasan, gözəlim, hardasan?
qışmı qəlbin, ya bahardasan?

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...