kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qaraqan - metamarfoza كلمات الأغنية

Loading...

[verse 1]
şeytanla üzbəüz hələ ölməyib yumor
hələ ölməyib gözlərində hələ də var qürur
budaqlar, otaqda qəribə kölgə
üzündə qırışlar, onunla bir dağılır ölkə
qapı arxadan bağlı, dağılıb zibilqabı
yastıqda laxtalanmış qan, o artıq deyil insan
baş verib metamarfoz, kafkanın personajı
o sanki dəniz quldurlarına uduzub apardaşı
bilək, ülgüc, ürək durub, zamanın çatlarında qan
damır tavan, beyin çəkic tantantantantan
qulaq dolu pambıq, pəncərələr mıxlanıb
nədir bu paranoya? ya bu nə cür adlanır?
uçur pərvanələr, zəif işıqlı lampa
otaqda keçmiş sahiblərdən miras qalan karma
gəlir qəribə səslər, elə bil, kimsə gəzir
gözünün qarşısında bütün həyatı, durur nəbzi

[chorus] (2x)
heç kəs gəlməsin, heç kəs gəlməsin
mən burada təkəm, qoy qalım tək mən
heç kəs gəlməsin, heç kəs gəlməsin
qoy qalım tək mən, qoy qalım tək mən

[verse 2]
qonşu otaqda ana söyüşləri və radio səsi
verir rezonans öskürəyə plastik pəncərəsi
qıraqda köhnə kamod içində köhnə sirlər
başlayır pristuplar, sancı, revmatizm, dizlər
həyatı sanki puzzle, çatışmır bir hissəcik
və bu bir hissəciyə görə də görünmür mənzərə
son epizod qaranlıq, payızdan son yadigar
onun ürəyində vulkan, beyin zəlzələ
allahı aldatmaq, ya şeytanla səmimi söhbət?
son arzu – lalə, son dəfə onu görmək
geyinib əvvəlki tək, bəzənib əvvəlki tək
bir qutu rafaello, bir də bir dəstə çiçək
romantik randevular və ciddi konfranslar
keçmişin xatirələri silinir, gözdə kontraslar
indi o sanki mebel, nə xeyri var, nə ziyan
ömürlük paraliç, kirpiklər və tavan

[chorus] (2x)
heç kəs gəlməsin, heç kəs gəlməsin
mən burada təkəm, qoy qalım tək mən
heç kəs gəlməsin, heç kəs gəlməsin
qoy qalım tək mən, qoy qalım tək mən

[verse 3]
deyirlər insan həyatı sadəcə bir sınaq
məncə, bu bədbəxtlərin ümidverici uydurması
axı mənim arzularımda var idi göyə uçmaq
nə oldu bəs qanadlar, möcüzələr dünyası?
avtomobil qəzası, taleyim sürpriz!
qəbul eləyirəm, məni təəccübləndirə bildiniz
indi çəkin geriyə zamanı, bəsdir zarafatlar!
amma allah istəyir bu filmin davamına baxmaq
mən bədbəxt, yoxsa axmaq? ölmək ya qalmaq pis?
mənə bir fincan kofe, bir də əzrail, please
yox, yox, bu deyil kapriz, bu sadəcə depressiya
əgər həyat imtahansa, niyə olmur seminar, leksiya?
suallar, cavablar, biliyim nəyə qadir?
mən lap girsəm də cənnətə, o da olacaq qiyabi
yarımçıq insan həyatı, yarımçıq arzular
ya bu həyat bir oyun, ya bizi oynadırlar?

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...