
qaraqan - mən kiməm ki ? كلمات أغنية
[verse 1]
bizi kim tullayıb bura, ata?!
tapmadım boz küçələrin arasında bir zərrə nur
mən kiməm ki? kim bu pencəkli adamlar?
uzadırlar mənə qəribə dərmanlar, _ “iç”, _deyirlər, _ “düzələcək”
bu həyat tamaşasına kənardan baxıram sanki
o vaxta yaxınlarım müəllim, həkim, rəis, bankir
hərəsinin evində pul torbası, gombul arvad, ailə
birazdan uşaqlar gedəcək məktəbə, aman allah!
və sənin işarələrin gözə dəymir, itir üstdən
sənin minarələrin göydələnlər arası görünmür
nəsə təzə qanunlar müzakirədə milli məclisdə
mən isə binanın damında oynayıram ölümlə
kimdənsən: israildən, ya fələstindən?
bakıda bəzi küçələrə yağış yağmır uzun illər
bizi çevirir saqqallı uşaqlara! bu, nə axmaq ssenari?!
məni kimsə çıxarsın bu ağ_qara mənasız filmdən
bilmirəm niyə yazılır gecə bu yarımçıq şeirlər
onların içində gizlədirik yəqin ağrıları
mənə deyirdilər ki: “qal şou_biznesdə”
mən isə toxuyurdum təzə tənqid qamçıları
qamçıladım hər birini və indi düşmən hər kəsə
öldürməlisən qəhrəmanı, əgər yazırsansa əsər
hər dəfə zər gəlmir qoşa, bəxti yaxşı qarışdırmaq lazım
qaraqan qayıdır, məni şeytanla barışdırmaq lazım
[skit 1]
insan bilir ki o bu dünyada müvəqqətidir. bilir.. insan bilir ki müvəqqətidir. ona görə də hər cür nadanlığa, kobudluğa, əliəyriliyə, satqınlığa, namussuzluğa, vicdansızlığa yol verir
[verse 2]
mən neyləyirəm bu insanların dünyasında, ata?
kim nə aldı, mənə iqtisadi xəbər kimi maraqsız
dünən gecə yandırdım şam, çağırdım ruhlar
onlar gəlir və danışır gecə sehirli nağıl
bizi kim oyada bilər bu yuxudan, ata
əgər yuxu bizə sizin həqiqətdən şirinsə?
sizin şəffaf dəlixanada alır ölülər torpaq
kasıblar biznes açır, cavanlar evlənir kreditlə
biz istəmirik belə bir dünyada yaşamaq, aman!
xoşumuza gəlmir, zövqümüzə uyğun deyil qaydaları
siz saxlayırsınız toyuq_cücə, bu, məntiqli, bu, biznes
biz isə yedizdiririk damda azad qarğaları!
deməli bizdədir problem, deməli bizik dəli
canavar quduzlaşmış it gözündə küçüklərin
qarğalar eybəcər ördək, azad ruhları xəstə
nəsimi dedi: “ənəlhəqq!” _ onu qovdular dərsdən
ayaqlar yerdə ona görə uzaq ölkədən
təyyarələr çıxandan lazım deyil bizə üsyan
sizə belə yaxşıdır, üzsüz_simasız kölgələr
biz uçuruq göyə, göndərəcəyik şək!llər ordan
[skit 2]
dərd qəm insanın ayrılmaz bir hissəsidir.insan yarandığı gündən mühitə üsyan edir və bu onun təbiətindədir.insan həyatda təsadüf nəticəsində yarandığının da bir həqiqət olduğunu boynuna almaq istəmir
كلمات أغنية عشوائية
- loyal duce - gvngvngvng كلمات أغنية
- schlussakkord - spieler oder bauer كلمات أغنية
- side saddle - don't wait for him كلمات أغنية
- skiddy meyer - белый бмв (white bmw) كلمات أغنية
- feyer - parties! كلمات أغنية
- hava - korb كلمات أغنية
- ralo - with me كلمات أغنية
- donzelli tv - rose gold supreme ft hbk sk8 كلمات أغنية
- salome mc - vacuum | خلاء كلمات أغنية
- klinac - gucci zmine كلمات أغنية