qaraqan - insanlar كلمات الأغنية
[qaraqan]
gəl dost olaq
bircə mahnılıq qal mənimlə
sənə danışacam dərdlərimi
sənə danışacam hər şeyi mən! hər şeyi mən!
gəl dost olaq
bircə mahnılıq qal mənimlə
sənə danışacam dərdlərimi
sənə danışacam hər şeyi mən! hər şeyi mən!
[verse 1: qaraqan]
onun ağarmış saçları tökülür üzünə
həyatının payız fəsli sona çatmaqdadır
gözlərinin içində gizlənir min bir kədər
həyatı min bir gecə, günəşi batmaqdadır
əzilmiş köhnə palto, cırılmış ayaqqabı
qızının köhnə əlcəklərini geyinir tənha qadın
ərinin baş daşıyla o gedir görüşməyə
axı onu ondan başqa həyatda hamı atıb
altmış manat pensiya, bu da allahdan kömək
bu pula nə olur yaşamaq, nə də olur ölmək
amma əsas deyil pul, istəyir doğmaların
artıq on beş ildən çoxdu görmür nəvələrin
o hər gün səhər tezdən dəniz kənarı parkda
qurumuş çörəklə yedizdirir sərçələrin
həyatın səhnəsindən onu çoxdan atıblar
teatr boşaldıqca tökülür pərdələri
onunla üzbəüz gözləri yorğun kişi
dodaqlarında çat, həyatı yanlız işi
içir, çəkir və içir, içir ki, unuda bilsin
çəkir ki, ciyərlərdə göz yaşını quruda bilsin
evə əliboş getmək, uşaqların gözləri
onun ürəyini parçalayır iynələr tək
arifin beş yaşı var, toğrulun artıq səkkiz
ama ki ağlıyırlar gecə gündüz körpələr tək
o baxır ağbirçək qadının gözlərinə
mavi gözləri uzun illər öncə bozarmışdı
qadının cırıq əlcəklərinə baxan cavan xanım
bütün gecəni ağlamaqdan gözlər qızarmışdı
o onu aldatmışdı, tələbəlik illəri
bu qızın yaddaşında yalanlarla həkk olundu
nəyə görə onun qeyri_adi gözəlliyi
xoşbəxtlik gətirmək əvəzinə ona dərd olurdu
çantada şək!lləri, aparıb qaytaracaq
oğlanın qara gözlərinə bir daha baxacaq
zamanın naxışları bu ömür xalçasına
daha bir neçə düyün bağlıyacaq, rəng atacaq
aysel inanmırdı ki, nağılların olur sonu
yalandan sevmirəm desə də sevəcək onu
içəridə çox istidi, amma titriyir əllər
bəlkə də ayselin həyatında zaman donub
onunla üzbəüz oturub cavan oğlan
üzünün cizgiləri hardansa tanış gəlir
onun içində zülmət, onun içində üsyan
o bilir qarşıdan səhralara yağış gəlir
cibində köhnə kağız, yanında qırıq qələm
o baxır diqqətlə insanların gözlərinə
siz onu tanıyırsız, o oğlan elə mənəm
elə bu dəqiqə yazdım bu mahnının sözlərini
qarşımda cavan bir qız, yanında yaşlı qadın
mənnən sağ tərəfdə isə sərxoş bir kişi oturub
biz tamam yad insanlar, biz tamam yad insanlar
amma ki, metroda qatarlar bu cür qurulub
gözümüzü qaçırdırıq qorxaraq insanlardan
onlar öz tənhalıqlarını baxışlarda boğur
gəlir növbəti stansiya, burda mən düşməliyəm
ürəyim qalmaq istiyir, ayağlarım qovur
[chorus: qaraqan]
gəl dost olaq
bircə dayanacaq qal mənimlə
sənə danışacam dərdlərimi
sənə danışacam hər şeyi mən gözlərimdən
gəl dost olaq
bircə dayanacaq qal mənimlə
sənə danışacam dərdlərimi
sənə danışacam hər şeyi mən gözlərimdən
كلمات أغنية عشوائية
- trovando ando - bolerito de sal كلمات الأغنية
- trovando ando - angel كلمات الأغنية
- twenty one pilots - addict with a pen كلمات الأغنية
- twenty one pilots - the pantaloon كلمات الأغنية
- twenty one pilots - time to say goodbye كلمات الأغنية
- quincy jones - i'm yours كلمات الأغنية
- pedropiedra - soy el ring كلمات الأغنية
- abaddon incarnate - he sells agony كلمات الأغنية
- patti page - little green apples كلمات الأغنية
- peggy king - angel pie كلمات الأغنية