kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qaraqan - heç nə كلمات الأغنية

Loading...

heç nə, toyuna getdiklərimin yarısı boşanıb
heç nə, bir neçə nəfər də iynəyə qurşanıb, heç nə
itirib ağlını iki il, dünya çevrildi maskarada
bir həftədən artıq taxmadım əskini üzümə heç mən

heç nə, qalan hər şey olduğu kimi:
kimi yatmış kimi, çıxmış kimi, ölmüş kimi diri
soyuluruq nəsimi kimi diri
ürəyimizdəki qəlpələr, bıçaq yaraları və taranlar
kədərlənirdik dörd dost qalanda
indi sevinirik olanda biri

heç nə, dünən məhəllədə kubinkada
bu gün mənim məhəlləmdə kubinkalar
miami, brooklyn, ny, la olub bizə —
yasamal, gənclik, keşlə bazarı
alarıq bütün cash_lə bazarı
amma ala bilməz, silə bilməz yaralı ürəyimizdən
heç nə azarı

heç nə qalmadı o təmiz gözlərdən
oldumu ruhuna sözlər dən?
topladım həqiqəti közlərdən
“keçmə” dedi məninə, saymarıq “bizlərdən”
azmamaq üçün yola çörək atdıq
kar kəslər onları yedi artıq

kiməm mən? gələcəkdəki arzum, ya dünəndən?
qovrulan ağrı, hüzün, yara, qəm
adım köz, içim buz — həm hörmüz, həm əhriman
mən insan
mən insan

kiməm mən? gələcəkdəki arzum, ya dünəndən?
qovrulan ağrı, hüzün, yara, qəm
adım köz, içim buz — həm hörmüz, həm əhriman
mən insan
mən insan

heç kəs anlamadı məni, olmadı bu mənə dərs
elə bağırıram bildiyim həqiqəti
mənə ver səs!
tez kəs kəndiri, tulla divlərə məni içimdə
ifritlərə, cinlərə
haqdan qorxanı qorxuda bilməz

heç nə: yaşıl yamacı zirvəyə dəyişəcəksən
heç nə: ora buz və tənhalıq, üzləşəcəksən
gec_tez azıb kor yapalaqlar padşahlığında
çevriləcək özünə
gözünün içinə baxacaqsan, deyəcəksən

kiməm mən? gələcəkdəki arzum, ya dünəndən?
qovrulan ağrı, hüzün, yara, qəm
adım köz, içim buz — həm hörmüz, həm əhriman
mən insan
mən insan

kiməm mən? gələcəkdəki arzum, ya dünəndən?
qovrulan ağrı, hüzün, yara, qəm
adım köz, içim buz — həm hörmüz, həm əhriman
mən insan
mən insan

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...