qaraqan - hardadır?, pt.1 كلمات الأغنية
[verse 1: qaraqan]
səni mən oğurladım cənnətdən
sən mələksən, gözlərin cəngərliklərində mən tamam azdım
dedim yazmıyacam bir də sevgidən mən
dedim yazmıyacam yazmıyacam və sonda yazdım
istədim günəş olum ki hər səhər səni görüm çıxanda
istədim külək olum ki rəqs edim saçlarınla
həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq
ama ki sən varsan həyatın ən çətin anlarında
qələmi göz yaşıyla suladığım bu bəyaz sətirlər
bi kimik ki sevgi qapısında kasıb səfillər
biz kimik ki uzun bir əsərdə bir neçə cümlə
biz kimik ki yuxardan baxsan bir neçə nöqtə
sənin baxışların danışırdı başqa dildə
elə bil ilk dəfəydi həyatında məni görürdün
bəlkədə əvvəllər baxırdın bir dost kimi
ama bu gün son baxışlarında məni sevirdin
qara divarda bəyaz təbaşirlə günəş çəkdim
mən hələ son yüz ildə bu qədər sevməmişdim
sənin bəbəylərin məni dərinliyinə çəkdi
mən hələ bu qədər dərinliydə üzməmişdim
[chorus: qaraqan]
hardadır külək? hardadır yağış?
hardadır mənim sevgilim hardadır?
hansı evdə? hansı pəncərələrdə?
hansı binalarda? hansı küçələrdə?(x2)
[verse 2: qaraqan]
yaxınlaşır noyabr, otaqda isti kamin
bizim hisslərimizi sanki təsvir edib dali
qorxurdum gözlərindən, qorxurdum soyuq səsdən
sən bəzən bilmədən incidirdin bəzən qəsdən
radio dalğaların zərif xışıltısına daldıq
insanlar qaçdılar, getdilər biz burda qaldıq
indi şəhər tamam boş, bakıda yoxdu heçkəs
ya da ki şəhər doludu sadəcə biz gözə görünməz
keçər illər sən olarsan xoş bir nostalji
köhnə fotoalbom sirləriylə bölüşdükcə
uşaqlıq illərinin səliqəsiz xatirəsi
barmağım şəkildəki gözlərinlə sevişdikcə
uzun illər sonra şıltaq sevgi həvəsində
mən indi qul olmuşam azadlığın qəfəsində
və bəlkə bir gün sən yadına salıb sevgimizi
sakitcə ağlıyarsan otağın bir köşəsində
[chorus: qaraqan]
hardadır külək? hardadır yağış?
hardadır mənim sevgilim hardadır?
hansı evdə? hansı pəncərələrdə?
hansı binalarda? hansı küçələrdə?(x2)
[verse 3: qaraqan]
sən yoxsan yanımda. yaxşı bəs hardasan sən?
bəlkə gizlənirsən boz kütlənin arasında?
mən səni görməsəmdə, tanıyıb bilməsəmdə
bil ki sevgimizi dəyişmərəm başqasına
səni tanıyacam mən yazacağam məktublardan
ya da ki gözlərin əridərək divarları
mən yığıb ümidlərimdən sənə bir gül dəstəsi
sən gizlədərsən başqalarından onları
görüşür gözlərimiz hər gecə ulduzlarda
sən məni tanıyırsan, bütün həyatım mahnılarda
mən səni görməmişəm tanıyıram yuxulardan
bilirəm bir gün səni tapacam esmeraldam
qurduğum xəyallar tək, vurulub ilk baxışdan
biz rəqs edərik dəli kimi küçənin ortasında
həyatımız nağıldı, sevgi növbəti səhifə
görəsən nə gizlənir o səhifənin arxasında?
[chorus: qaraqan]
hardadır külək? hardadır yağış?
hardadır mənim sevgilim hardadır?
hansı evdə? hansı pəncərələrdə?
hansı binalarda? hansı küçələrdə?(x2)
hansı səkilərdə? hansı şəhərlərdə?
hansı nömrələrdə? hansı mənzillərdə?
hansı otaqlarda?
mənim sevgilim dinliyir sakitcə məni dinliyir…
كلمات أغنية عشوائية
- the jackson 5 - live at the forum, 1972 كلمات الأغنية
- endlings - solitude كلمات الأغنية
- 199x - someday كلمات الأغنية
- dalriada - moldvageddon كلمات الأغنية
- scorpions - going out with a bang كلمات الأغنية
- shinsekai - j'ai du mal كلمات الأغنية
- lilin herlina - birunya cinta (feat. brodin) كلمات الأغنية
- olamide - toriomo كلمات الأغنية
- haster - substance low كلمات الأغنية
- the cheetah girls - live concert كلمات الأغنية