
qaraqan - həyatın qanunları كلمات أغنية
[verse: qaraqan]
mənə dedilər rap yaz _ rap yazdım
mənə dedilər hit yaz _ hit yazdım
mənə dedilər dərs oxu _ oxudum, beyin qırışlarıma bilik toxudum
mənə dedilər ver imtahan _ verdim
mənə dedilər diplom al _ ala, aldım
mənə dedilər al təzə geyimlər
nələr ki, dəbdədi, lazım elə geyinmək
mənə dedilər pul tap _ pul tapdım
mənə dedilər qız tap _ allatdım
mənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə
[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir_bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım
[verse: qaraqan]
mənə dedilər gəl əsgərlikdən
gəl səni tanış eləyək ələsgər əmiylə
atanın dostu, yerlisi, qohumu
başda işləməyə _ baş üstə, oldu
mənə dedilər maaş gətir _ verdim
mənə dedilər saçın uzun _ kəsdim
mənə dedilər qonşunun qızı var, bax ona _ baxdım, sonra nişanlandım
mənə dedilər maşın al _ tofaş aldım
mənə dedilər döymə _ başa saldım
mənə dedilər ev alaq, evləndirək _ qızla yatmaq üçün hamını borca saldım
mənə dedilər toy elə _ evləndim
mənə dedilər döz bala _ nervləndim
mənə dedilər qız ver ya oğul _ beynimə saldım, soxdum, doğdu
[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir_bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım
[verse: qaraqan]
mənə dedilər pul qazan _ qazandım
dedilər qızıl al _ aldım, aldım
mənə dedilər qızına pul ver
oğluna maşın al, evləndir, yola sal
mənə dedilər qocalırsan _ qandım
mənə dedilər keç otağına _ keçdim
mənə dedilər kəs səsini _ kəsdim
mənə dedilər süz _ süzdüm, içdim
mənə dedilər sat evi, böl pulu
bu qızına cehiz, bu da ki oğlunun
mənə dedilər sakit ol, danışma
sən qoca, bilməzsən səhv nə doğrudu
mənə dedilər bax seriala _ baxdım
mənə aldılar təsbeh _ fırlatdım
xəstələndim, dedilər döz _ dözdüm
bezdi həkimlər, dedilər öl _ öldüm
[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir_bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım
كلمات أغنية عشوائية
- klamydia - mieltä ylentävää كلمات أغنية
- broadway (us) - gotta love that southern charm كلمات أغنية
- juliane werding - unter wasser كلمات أغنية
- yung shrimp & skinny barracuda - don't play كلمات أغنية
- le luci della centrale elettrica - sere feriali كلمات أغنية
- nacho vegas - bajo el puente de l'ará كلمات أغنية
- mia badgyal - replay كلمات أغنية
- löschen - track nummer 1 كلمات أغنية
- stefano zarfati - chi sei كلمات أغنية
- melvin ro$ - blonde كلمات أغنية