kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qaraqan - böyük şəhərlər, kiçik insanlar كلمات أغنية

Loading...

böyük_böyük şəhərlər, kiçik_kiçik insanlar
küçələrin birində bir ömürlük azarlar
sevilər və sevərlər, acı nədir – bilərlər
kiçik_kiçik insanlar, böyük_böyük şəhərlər

necə tullayıb bizi yollar qəribə
hər birimizi bir evə
yapışıb hərə bir pəncərəsinə şəhərin
gecəni seyr edər

kimimiz var axı özümüzdən başqa
daşıya belimizdəki daşları
vermə bir də bizə belə bir yük
tanrı susma bir bax aşağı

bura yarısımı filmin, sonumu
oynayırıq görmədən oyunu
alın yazımız çoxdan yazılıb
bizlər sadəcə şərhik, yorumuq

tökülər tale çayları dənizə
naxışlanar küçələr izə
kimi gözəldi tikanlı tac ilə
kimi eybəcər əlləri dolu nərgizlər

böyük_böyük şəhərlər, kiçik_kiçik insanlar
küçələrin birində bir ömürlük azarlar
sevilər və sevərlər, acı nədir – bilərlər
kiçik_kiçik insanlar, böyük_böyük şəhərlər
böyük şəhərlər balaca adamlar
dəmir yollarında qatarlar
kimi hamı öz dayanacağına bağlı
həyatın danışacağı bu nağlı
sevgidənmi qəlbindəki qəm
gözlərdəki yaş
içimdəki səs neçə ildi nəsə bağırır
içimdəki səs neçə ildi nəsə bağırır

böyük şəhərlər balaca adamlar
evinə doğru onlar addımlar
var adları, soyadları, amma
siliniblər onlar dünyanın yadından
bu qədər de adam içərmi qəm
piyadalar bizə baxar keçər gedər
hərə öz əsərinə cümlələri
səpər əkər sular biçər bitər
birisinin isə dərdi bəşər

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...