kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

puzzle (az) - tanrılar üçün dua كلمات الأغنية

Loading...

giriş:
əllərini açıb, dua et
zirvə arulama, otur sual et
zirvə sandığın yersə tualet(di)
əllərini açıb, et dua
çün(ki), yaxın gəlsə əgər bəddua, ölüm deyər:
“gə(l), tez bura!”

ilk hissə:
tanrı düşəcəkdi göydən yerə, tutdu inamımızdan, sallandı
adını bil, amma sus, demə hər yerdə, sadəcə içində onu hallandır
demə (ki), “tanrı mənim vicdanımdı”, bro
battle deyil, bu mənim icbarımdı, bro
“тупой” isə oxumayıb, gic qalandı, bro
savablar(ım ü)çün, mənim cib(im) varımdı, bro
so? ola bilər günahda cazibə
(bu) o dəməkdi ki, mən o qədər acizəm?
o (şeytan) tələ qurur, yolun altından
(yol) bol ola bilər, amma (mənim) tamahım var
son verib, yenə gedə bilmirsən
yon rap’ini və bi(r) də gəlib səs eləmə
so? yenə yolu keçə bilmirsən
yol mənə çətin, amma sənə kəsələmə(di)
sirri yarratma ki, gizləmə(yəsən)
nə gizləmə, nə də (ki), gicləmə
nə ağılsız, nə də (ki), sizləyəm
heyifin gəlsin o dizlərə
sənin günlərin keçir göstərişlə
az göstəriş göstər, otur işlə
növbətində rap’lərində sözlər işlət
mən 23’əm, necə ki, 33’də!
mənə tanrının saflığı (hədiyyədi), sənsən safsan
qafiyəni sən də səslə tapsan, mən gedərəm rap’dən
təminat isə (budu): boşayıb rap, sən “tazminat”san
onda gətir ver, zənginləşsin azrap
tamahından keç, bir az az ye
düz məsləhət ilə sən ilac yaz, ver
çatmaq istəsən, biraz qaz ver
keçid:
gördüm pozuldu yazdıqlarım, yazdım təbiət üçün suya
təəssüflə görürdüm azdıqların(ı), yazdım “tanrılar üçün dua”
rəqibin yaxşısın seçib aldım, sözə qiymət vermək üçün duyan(ını)
ona şapalaq yazıb hazırladım, incidi hədiyəm üçün guya

ikinci hissə:
tanrının dərgahındasan söz (i)lə, ya utandır öz’ünü, ya (da) buranı tərk elə
tanrı(nı) gərargahında san, gözlə, ya cavabla öz’ünü, ya (da) sualı bərk elə
sən nə yazarsan, nə də “пушкин”sən
azadsan səhnədə yenə, quş, bil, sən
anlama və denən öz’ə: huş(um) it
getməsə rap’in, sən önə “push it”
yazdıqların bullsh_t
bütün o yazdıqların güzgüdü
elə demə, ən azından güclüdü, atdanıb düşürsənsə, “пружин”
(kor)yolçu (və) puzzle otaqda büstdü
yenə otağım yaşıl və tüstü(dü)
amma, oyağamsa puzzle güc’lüdü, o kitabını yazıbdı bu işin
1 ilimi 23 ilim yudu, gəlmişəm qəribə əsər ilə
dözməyib, tüpürdüyünü sən yudun, (çünki) başladı zərbə səndən
ən gözəl “aludə olmaq” budu: başlayıb, (sonra) tərgidərsən də
sona qədər dəzməyə göt lazımdı, nə gəzir əqidə səndə?
ilhamı verən pəri yenə gəlmir? ona sən, “gəl gedək” desən də?
əsas odu ürəyini qataraq yarat, onu sən sərgiləməsən də
diz çökməkçün qurmusuz cərgə
qururduz əvvəl cərgəni cəngə
hamınız yeməksiz, əlimdə (də) çəngəl (var) _ hannibal’am, tərgidə (bil)mirəm də!
son hissə:
gördüm pozuldu yazdıqlarım, yazdım təbiət üçün suya
təəssüflə görürdüm azdıqların(ı), yazdım “tanrılar üçün dua”
rəqibin yaxşısın seçib aldım, sözə qiymət vermək üçün duyan(ını)
ona şapalaq yazıb hazırladım, incidi hədiyəm üçün guya

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...