kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

puzzle (az) - ögey ada كلمات الأغنية

Loading...

ilk hissə:
oyunun içinə düşürəm, ya mən düşmüş kimi görünürəm?
alçalmıram, başım səmaya dəyməsin deyə, mən sürünürəm
ucalmaq ayrı bir dərddi, ki qocalmaq ucalmağa bərabər(di)
qocalmaq dərd deyil – cavanlıq zamandan öc almağa bərabər(di)
şairlik, dörd tərəfi sözlə qərq olan, yox olan ögey ada’(dı)
qədiri bilinmir sözün gücün(ün) nə bu ölkədə, nə bu dünyada
yeni puzzle yenə hazır, yenə yazır – yox olmur həvəsi də
getdikcə qul olan anlayır: daralır, çoxalmır qəfəsi də
zaman axıb gedir, bacaran, üzsün bu səfər də axına qarşı
zamanın gözləri zəifdi, yaxın ol, o görür yaxından yaxşı
puzzle bir ildi “yeni azrap”in təməlin qoyur, qabağın kəsmə
dünyanın əvvəlində ilk insan olub o, dolub mağara səslə
səmimi sözlərim olanda özəl, daha da gözəl (olur)
şairəm, fikirəm, ritm (i)lə sözəm!
daha mən öz’əm
vicdanın sorğusu bitibdi, azadlığ(ım) qovuşdu bəraətə!
sözlərin güc’ünə güvənib, keçirəm səsimlə nəqarətə:

keçid:
üzgün doğulmadın
“gümman” dəhliz oldu suallar ilə
doğma istə dualarla, ögey ada’da
üzdün, boğulmadın
ümman dəniz oldu, yararlanan
dalğa vurmur qayalara, ögey ada’da
ikinci hissə:
dibə batar bədən, bu dənizdən qurtuluş yoxdu
sapan çöpü yoxdu
ögey ada xilasın(dı), doğmalar içində yoxmu?
zaman, görür yoxdu
qarış_qarış gəzir adanın içində axtarır doğma nəfəslər
amma, adanın içində ögeylik var, onun içində qəfəslər
qayıdır o dənizə
inamını borcludu, adadakı hər izə
(puzzl’ın) inadımı yorucudu?
arada_bir qəlizəm
iradı qoruyucudu
yardım edir kənizə
adadayam, həpsəm!
iç(im)ə çəkib havadan, seçi(rə)m ağı qaradan
ayrılıram arada, doğma (olan) ögey ada’dan
birdən, yolu yarıda qoyaraq, qayıdıram həpsə

son hissə:
üzgün doğulmadın
“gümman” dəhliz oldu suallar ilə
doğma istə dualarla, ögey ada’da
üzdün, boğulmadın
ümman dəniz oldu, yararlanan
dalğa vurmur qayalara, ögey ada’da

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...