puzzle (az) - məktub: "bərk dur!" كلمات الأغنية
[ilk’inci məktub: koryol_yoldaşi]
daha yazmaqçün yazmıram, bunlar gəlir içimdən
daha olduğum yerdə təkəm, əlim cibimdə
daha məni fərqindəlik də anlamır, əmin olun
dəli olub puzzle, həyat okeanında gəmi olur
süzülən gözlərini şərab içir, mən piyanam
necə edim ki, bu yolda həm qaçam, həm dayanam?
sevgi… anladım: hüzur təklikdə idi
şeirlər puzzle’dan üzr istəyir, amma səhv ilk’də idi
içimdən həqiqətlər aləminə qapı açılır
puzzle’ın sözlərindən şəkil qurub, tapın açarı
hamı haçandı bunu gözləyir, mənsə üzdüm ritmlərlə
beat’lər hərdən sürətləndi deyə burdan itdim hərdən
sildim hərdən, hərdən yazdım və güc tapdım
üçqatlı yol yorurdu, mən günahı bildim əli’də
illər əldən çıxmamış bildim dəyərlərin
əgər məni tapmaq istəsən, bu sevgi əyər məni
ver dəyər mənə, sənin diqqətin gücümdü
axı bunu bilərək etmirsənsə, onda bu nə üçündü?
bu gün 3_ümdü, mən pozan’am, gəl, yenidən yaz
mən _ bezdirici qışam, sən _ yenidən yaz
indi gəl yaz, puzzle; bilirəm, çətin gəlir
sən yazıb borcunu ödə, o, tapar çətin məni
çətir məni elədi yağış, daha yağıram bahar üçün
ümid tapmısan ikinci əl, saxla sabah üçün…
[ilk: (x2)]
saxla, zaman_zaman gedir zaman
hamar yol başlayıb, çünki bitib pisi _ çünki, bitir yollar
birdən bitir, sonlar başlayır
bitsin, nolar, puzzle…
[ikinci məktub: qulaq as deyə yazdım…]
və səbr, puzzle dözür hələ
“yarımçıq qalım” dedi, oldum hazır özüm elə
axı azdı sözüm hələ, sən cümlədən üstünsən
hamı güləndə şəndi, sən güləndə küsgünsən
yenə cənnətdən gətirdin sən bir ətək su
qoyma yerə qüruru, biz qovuşsaq, bitəcək bu
beat’ə çək flow, puzzle, tez ol, öz’ün də ganja
bu cür boşaldıb içini deyə bilirsən sözünü ancaq
təyyarə, çanta, taksi, görünür gözümə hərdən
yolları fəth edən koryolçu öldü gözləməkdən
çünki, yol bitəndə ömür bitdi onun üçün
yolum üçün çox şey etdim, gördüm sonu uçurumdu
yazdım, sən uçurdun, külək, bəsdi, daha əsmə
sevgi kardı, ürək səsdi, sən səs ver səsimə
gəl, sən tez bezmə
axı, dözümüm təkdi
mən hər səhər tezdən ölümü gözlədim, gəlmir
özü də ki, dəmdi, amma sevgidəndi
sevgi müəssəsinə bilki, heç vaxt vergi gəlmir
mən verdim əlimi elə bil, o, tutmadı
sən unutdum deyə bil, amma mən unutmadım
nəysə, iki qız, iki verse və tək obraz
iki sevgi; biri ilk’di, ancaq verir o plus
hisslər istər istə, istər istəmə, gəlir
bizdə hisslər istəmədi, isinmək istədi əli…
[iki: (x4)]
saxla, zaman_zaman gedir zaman
hamar yol başlayıb, çünki bitib pisi _ çünki, bitir yollar
birdən bitir, sonlar başlayır
bitsin, nolar, puzzle…
كلمات أغنية عشوائية
- emwu & sahin - strach przed jutrem كلمات الأغنية
- behindthemoon - 봄의 비 (rain of spring) كلمات الأغنية
- siani (uk) - my saviour كلمات الأغنية
- hacim - 1 a.m. interlude كلمات الأغنية
- dugis - lock كلمات الأغنية
- ynw melly - veggies كلمات الأغنية
- general woo - probudi se كلمات الأغنية
- siani (uk) - as a flower كلمات الأغنية
- melody baby - 10 speed كلمات الأغنية
- jerkeria noah - aah كلمات الأغنية