puzzle (az) - həmişəyaşıl كلمات الأغنية
[verse 1]
bir həqiqətin içindəyəm;
hey yıxılıram əksinə küləyin!
sirr saxlasam içimdə mən
kir yığılar mərkəzinə ürəyin
o zaman, səninlə ritmi rəqsə
dəvət edim. puzzle, sən ürəksən!
kor _ yolçu idi, sənsə _ dərvişsən
əsl olan həqiqəti deyirmişsən
bilirsən, bilmək heç asan deyil
puzzle reperdi, yazsa da yazar deyil
kəsə yolları seçmədin, afərin!
sadədi həqiqət: bura bazar deyil!
yazan deyil o, daha olmayandan
daha deyir: “sabah olmayacaq!”
o hansı sabahdı, bir onu bilmir
dünən və sabahlar bir olub indi
əlimdə _ ovuc, ovucda _ tər
qəbirdə _ sevinc, hovuzda _ qəm
tədbirdə _ linç, səhnədə _ punch
repersən, yalandan xoruzdan, ə!
yozulma və pozulma sən
yoluna gəl sonunda sən
necə ki, yolçu’nun puzzle’ı var
hazıram, bax!
noldu bəs?
hə, ey, deyirdin axı sən: “alınmaz, bu yolun sonu yoxdu!”
yol bitib, yenisinə başlamışam
amma ki, tam göstərməyə səbəb yoxdu
çünki, nümayiş bitibdi daha
özünü sübut etməyə daha ehtiyyac yox
hürküb, gözlərdən itibdi daha?
“ilk” mənim cəsarətim!
qorxuram? yox
[bridge]
həmişəyaşıl. (x2)
insanam, təbii ki, ondan azdı həmişə yaşım
o, hər şeyə yaraşır, amma tək mənim deyil
o, mənimlə olanda gəlir dünyanın hər yeri eyni
[verse 2]
gilas tökülür, amma səbət boş deyil
puzzle yazıb battle, bu sənə xoş deyil
yoxuş dolu sənətinin eşiyi
səbəb axtar sən, mən səbətin deşiyini
ağırlığım səni əzər, məhv edər
düzgün fikir ver təslim_təhvilə
qafiyə zor olsa, nafilə
27 ildi gedir bu qafilə!
sahilə xəzəri qarışdır;
səhəri, saxlayıb sahili deyir ki: “dahiyəm!”
edib müzakirə, qərar verirsən:
“deyəsən, düz deyir, oybla!..”
onu mən diz çökdürdüm!
yalvarır sonacan: “bağışla, bro’can!”
deyirəm: “tərpən, tez, dur!”
deyir ki: “duracam, edəcəm bl_wj_b.”
xətrin əziz olsun, amma sən nə reper, nə insan, nə əziz deyilsən
amma, sən repini satıb, onu qucaqlayıb _ yalandan ucaldıb, əzizləyirsən. (hə?)
məncə qəfil get, sən vaxtın varkən erkən dərk et, tərk et, tərpən!
çünki, özün bilən sözün bilər
özü bilər, əşi, nəysə…
[bridge]
həmişəyaşıl. (x2)
insanam, təbii ki, ondan azdı həmişə yaşım
o, hər şeyə yaraşır, amma tək mənim deyil
o, mənimlə olanda gəlir dünyanın hər yeri eyni
[verse 3]
bax, dəqiqdi qafiyə; takt hərləmir
fakt, ritmlərin işğalı məndədi
yəni, zaman göstərəcək ki, əsl musiqilər yenə var
mən replə musiqini qarışdırıb;
sözləri məna ilə yarışdırıb;
alqış alıb bəzən, bəzən də əksinə _ qarğış alıb
çünki, mən… yolumda düzəm!
yer saxlmışam qolumda 100_ə
sağımda “aş_”, solumda “_süzən”
bütün daşları _ tələsmə _ oyunda düzər
amma, o, yenə onayar həvəssiz
səmimiyyətə mən doymaram səbəbsiz
onun yerinə, mən duraram səhər tez
çayı süzüb, çıxıb eyvana nəfəs alaram
baxaram, görərəm, deyərəm: “de görüm, bakı, sənin yaraşır qəfəs harana?
vaxt ikən olmuşam sənə həsəd aparan
amma, belə daha yaxşıdı deyəsən, hə?
beləsən də…
elə bil, yarışa baxırsan sən
yaşayışa təlaşı qatırsan, sən
amma, həmişəyaşıl’san sən;
belə qal…”
كلمات أغنية عشوائية
- tommy james - i'm comin' home كلمات الأغنية
- bob dylan & the band - don't you try me now كلمات الأغنية
- juice wrld - drown كلمات الأغنية
- semdó - post mortem كلمات الأغنية
- tommy james - sing, sing, sing كلمات الأغنية
- catarina santos - c r e i a كلمات الأغنية
- lewxs - money machine كلمات الأغنية
- blackbird raum - a rat in my dream (under the starling host version) كلمات الأغنية
- liam twelvy - for my people كلمات الأغنية
- michele freire - ela é solteira كلمات الأغنية