
promete - zəfər gülləri كلمات أغنية
[bənd 1: promete]
oğuzun nəslindənik, bu torpaqda cücərmişik
döyüşkən türklərik, həm də səmavi dərvişik
qayası ritmimiz, küləyi nəğməmiz olan
alovlu torpağıtək oduna qan isitmişik
xəritəyə diqqət elə, burda hər yer xəzinə
hər oba ayrı adət, hər şey məxsus özünə
olmayıb, yoxdur, yaşamır mənən kasıblar
döy istədiyin qapını, gülüş açılsın üzünə
son parçasını süfrəyə qoymaq zənginlikdir
şərqi, qərbi, şimalı dərin ənginlikdir
qara bulud çəkilmir, cıdırda yox köhlənlər
xankəndində bu aralar bir az gərginlikdir
tarixi yazanların torpağındasan unutma
indi qəhrəmanlıq yox, hərəkətin vaxtıdır
dəmiri isti_isti döyərlər, amma tələsmə
hər şey zamanında və yerində yaxşıdır
[nəqərat: eldəniz məmmədov]
zəfər güllərini dövri_qədimdən
bayraq işığında bitən görmüşəm
üçrəngli bayrağın kölgəsində mən
qaraca torpağı vətən görmüşəm
[bənd 2: promete]
bizdən əl istəyənə qolumuzu verərik
son parça çörəyimizi, unumuzu verərik
girərsən oturarsan süfrəmizin başında
haqqımıza girərsən, səni tarixdən silərik
bilməyənlər də bildi türk oğlunun mərdliyini
talışın, tatın, avarın, ləzginin sərtliyini
azərbaycan torpaqları qucaq açıb hər kəsə
sinəyə çəkir hamı burda havayla vətən iyini
bayrağı namus sayan insanların arasında
çətin taparsan geri qaçanları döyüşdən
heç bir işimizi biz buraxmarıq yarısında
unutma bunu bizimlə olmaq istəsən düşmən
qərinə keçdi, amma silinmədi yaddaşdan
“qisası qiyamətə qoymarıq” dedik, gəldik
əsgərim gücünü alır bu torpaqdan daşdan
vətənin görüşünə düşməni dəldik gəldik
[nəqərat: eldəniz məmmədov]
zəfər güllərini dövri_qədimdən
bayraq işığında bitən görmüşəm
üçrəngli bayrağın kölgəsində mən
qaraca torpağı vətən görmüşəm
zəfər güllərini dövri_qədimdən
bayraq işığında bitən görmüşəm
üçrəngli bayrağın kölgəsində mən
qaraca torpağı vətən görmüşəm
كلمات أغنية عشوائية
- corey finesse - no suburban [remix] كلمات أغنية
- gang of youths - say yes to life كلمات أغنية
- adm - chcę się zniszczyć كلمات أغنية
- tyler hilton - how long 'til i lose you كلمات أغنية
- los mesoneros - malos tiempos كلمات أغنية
- jp negga - celui qui كلمات أغنية
- quatro22 - alo mama كلمات أغنية
- medulla - o fim da trégua كلمات أغنية
- van gogh - više te ne volim k`o pre كلمات أغنية
- jj mcbride - i hate me too كلمات أغنية