kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete - yaz كلمات الأغنية

Loading...

[bənd 1: promete]
məndən məsləhət istəyən hər kəsə deyirəm ki, günlərini yaz
qəmin olsun sətirlər, sevgini yaşa, izlərini yaz
sevdiklərin yaydakı yarpaqlar kimidir
bir gün ya sən onları, ya da onlar səni itirəcək
odur ki, daxilindəki hisslərini yaz

vərəqlərlə dost olmasan da, olar
onlar səni qəbul edə biləcək hər bir halla
dəstək gözləmə heç kimdən, yaz
yerə vurduqca dizlərini yaz
gecələr dərdlərə dostdur, səhərlər məntiqə
odur ki, hər səhər açaraq gözlərini yaz
sözlərini yaz vərəqlərə

daha yaxşı dost yox, onlar sadiqdir bütün hallarda
onlara etibar elə, əyri və düzlərini yaz
adları yadında qalmayan insanların üzlərini yaz
daşı həyatını yazılara, yaşa həyatını yazılarda
gecələr gündüzlərini yaz, ayrılma yazılardan, yaza_yaza az

[nəqərat:]
yaza_yaza açıram qapıları
nələr varmış içimdə, nələr
mənim çata bilmədiyim arzularım
yazılıbsa alnıma, gələr
yaza_yaza açıram qapıları
nələr varmış içimdə, nələr
mənim çata bilmədiyim arzularım
yazılıbsa alnıma, gələr

[bənd 2: porte faust]
dünyadakı bütün dəftərlər çatmır, yazmasan belə
sənə hər yer sıxıcı, hər yer dar, gəzməsən belə
sən həyatda hər şeyi yoxlamısan, evdən çıxmasan da
özünə qurduğun bəhanələrlə bəhanə olmusan sən

yazırıq bax illərlə biz, həyatımız mahnılar və risk
yazdığın ən axmaq cümlən belə çevrilir tarixə səlis
neçə illərdir yığdığın xatirələr gözləyir səni
onlar mahnılar, şeirlər, kitablar olmaq istəyir

nə fərqi var ki? yaz qələmlə, ya da iphone_a
yaz hər kəsə, ya da tək ona, yaz uşaqlara, ya da qocalara
yaz həyatını olmayan formada, yaz bütün planları, unutma
hamı fərqli, göstər fərqini, yaz divarlara gizlin və qaç

[nəqərat:]
yaza_yaza açıram qapıları
nələr varmış içimdə, nələr
mənim çata bilmədiyim arzularım
yazılıbsa alnıma, gələr
yaza_yaza açıram qapıları
nələr varmış içimdə, nələr
mənim çata bilmədiyim arzularım
yazılıbsa alnıma, gələr

[bənd 3: promete]
məni yazılar gətirib bura, onlarsız heçəm
gələcəyi yazıram, yazılara dönür həyatımdan keçən
görünürəm tək, amma əslində üçəm
qələm, sətir, fikir – bir, hədəf, əmək – bu ikidir
üç isə sevgidir, necə də sadədir, hə?

bil, kəşf edilənə qədər əbədilik, mən yazılarla qoyacam iz
mənliyim bölünür, ikiləşir, yazılarda mete, sənəddə pərviz
mən yazıram, çatsın qulağa, yazıram, getsin uzağa
yaza_yaza təmizlənirəm, yazılar döndərir məni uşağa

[nəqərat:]
yaza_yaza açıram qapıları
nələr varmış içimdə, nələr
mənim çata bilmədiyim arzularım
yazılıbsa alnıma, gələr

yaza_yaza açıram qapıları
nələr varmış içimdə, nələr
mənim çata bilmədiyim arzularım
yazılıbsa alnıma, gələr

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...