kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete - otaq (11 mart versiyası) كلمات الأغنية

Loading...

[bənd 1]
sən bəlkə də bilmirsən, nədir diri ikən ölmək
sən bəlkə də bilirsən, amma dinmirsən, dinə bilmirsən
qulağına qonağam məni daha dərinə burax
bax gör nəyi mənə sən, nəyi sən mənə verə biləcəksən, bir az paylaşaq

keçdik içəri, mən çox içən deyiləm, amma bəlkə birgə içərik
açarıq ürəyimizin dibini, bir_birimizin üzünə deyəsi sözlər var
deyərik qulağa, sonra qulaqcıqların ipi dolaşar bədənə
gedərək yuxuya, dönərik yumağa

bu fikirlər apara bilər bizi hələ çox uzağa, amma qorxusu yoxdur (yoxdur, yoxdur)
yox, yoxdur! itirilə biləcək nələrsə qismət ümidinə buraxılanlardır
hər bir pislik içində də mütləq kiçik bir yaxşılıq vardır

bilirəm mən, bunu mənə deyən olmayıb, yox!
bu çətin olsa da çox “puzzle” kimi, hissə_hissə yığmışam mən özümü
bəli, beləyəm və bir gün məni tanıyan doya bilmir dadıma
amma ki, varam o kəslərçün ki, düşüb yadına, aparır qulağına məni

[nəqərat: nargis majidli]
səs ver, məni qonaq elə qulağına
eyni mahnının sakiniyik indi
ya da al səsi
qoy heç kəs eşitməsin
bu mahnı sənindir
səs ver, məni qonaq elə qulağına
eyni mahnının sakiniyik indi
ya da al səsi
qoy heç kəs eşitməsin
bu mahnı sənindir

[bənd 2]
bu mahnı sənindir, şəxsi otağın kimi
otaq eyni qalır, amma rənglər dəyişir əhvalla və hər bir yaşda

bu mahnı dərindir, şəxsi otağın kimi
nəyi haraya gizlətdiyini səndən qeyri kimsə bilməz
hər sətrin xatirəsi bir başqa

bu mahnı sərindir, şəxsi otağın kimi
hamıya istidir, amma sənin havan sənin əlindədir
qulaqlarındakı qulaqcıq kimi

bu mahnı sənindir
sən onu eşitmədən o bir işə yaramaz
onu sevdiyin geyimtək geyib, yerinə as

zamanı gələnə qədər o qalacaq orada
və bir gün yenə də yararlı olacaq ancaq onda
anlayacaqsan ki, nədir dəyəri bu sətirlərin
mənim də bitici bir ömrüm var, bitəcək geriyə, qalacaq sətirlərim
və bil ki, hər dəfə “play”ə basdıqca mete geri gəlir
necə də qəribədir quruluş
bəli, bəli seçimi pleylistin edir
yox oluş, ya da var oluş
sənin səs verən o əlindədir
və hər bir “replay” yenidən həyat verməyə bərabərdir

[nəqərat: nargis majidli]
səs ver, məni qonaq elə qulağına
eyni mahnının sakiniyik indi
ya da al səsi
qoy heç kəs eşitməsin
bu mahnı sənindir

səs ver, məni qonaq еlə qulağına
eyni mahnının sakiniyik indi
ya da al səsi
qoy heç kəs eşitməsin
bu mahnı sənindir

səs ver, məni qonaq еlə qulağına
eyni mahnının sakiniyik indi
ya da al səsi
qoy heç kəs eşitməsin
bu mahnı sənindir
səs ver…

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...