promete - ömür yarpaqlarında كلمات الأغنية
[bənd 1] [promete]
mənə ver ən qeyri adi “beat”i, mən
çevirim “tracklist”də növbəti hitimə
bəzən çıxarıram zarafatlarla şiti mən
amma ki, tracklərdə hər zaman ciddi mən
maraqlı deyil, kim nə düşünür haqqımda
pis danışana halallıq vermirəm haqqımdan
mən özümə seçdiyim dəyərlərə yaşayan
və zövq alan insanam yaşadığım vaxtımdan
mənə nə danışa bilər oxumayan “kiyosaki”?
ya da oxuyub deyən ki, guya yeni nə var ki?
oxuduğum kitabı oxumaram elə_belə
ona görə hələ listimə düşməyib “qorki”
diyirlənib getmirəm həyatın axını ilə
çox vacibdir mənə həyatın hər anı
baxmayaraq, tapa_tapa gedirəm cavabları
yenə də sonda böyük sual dayanır
[nəqərat] [rövşən əzizov]
zaman torpaq kimi
axır barmaqlarımda
çalışıram yazım
ömür yarpaqlarında
[bənd 2] [promete]
“14”_də axtardığım çox sualın cavabın
“köhnə mahnılar”ımı eşələyəndə tapdım
içimdə lap azacıq küdurət qalmışdı
onu da “yaylıq”la havaya buraxdım
hərdən kimsə görmədiyi yerdən
radio dalğaları kimi qəfildən
qafiyələr gəlir mənə pərilərdən
bu track yazılıb həmin saniyələrdə
kiminçün bu track bir ömürlük dost
kiminçün bir dəfəlik “play” və bitdi
kiminçün bu track yenə də deyil h.o.s.t
bütün olanlara tək allah şahiddir
içimi_çölümü bir edib qoyuram sətirə
əsas odur ki, hiss elədiklərimi ötürəm
mənim ən böyük yatırımım hisslərdir
qazancım da hisslər, çətin ki itirəm!
[nəqərat] [rövşən əzizov]
zaman torpaq kimi
axır barmaqlarımda
çalışıram yazım
ömür yarpaqlarında
[bənd 3] [promete]
bilirəm, bütün tamaşaların sonunda
pərdələr enir və qalırsan tək
sonra gəlir ora yaradıcı heyət və
keçərli olmur daha heç bir kömək
icazə verilir səhnədə improvizə
eləməyə, amma sujetdən çıxmadan
mən arada “mete”yə, arada da “pərviz”ə
dəyişirəm kimliyimi qorxmadan
çox görə_görə gəlmişəm, yenə inanıram
olmalı insanlar arasında mükəmməl
bəlkə də yoxdu sona qədər ideal, amma
insan həyatında ümid tükənməz
ümidimi basdırdım məzarlıqda
bitdi o yerdə “ümid ağacı”
xeyri böyük oldu meyvələrinin
amma dadı bir azacıq oldu acı
[nəqərat] [rövşən əzizov]
zaman torpaq kimi
axır barmaqlarımda
çalışıram yazım
ömür yarpaqlarında
zaman torpaq kimi
axır barmaqlarımda
çalışıram yazım
ömür yarpaqlarında
[çıxış] [promete]
(picmus, 2016, 15 iyun)
(30 il geridə qaldı…)
كلمات أغنية عشوائية
- rapknight - overhaul كلمات الأغنية
- retz one [heartbreak boy ] - imma die young girl don’t stress كلمات الأغنية
- fisherman's friends - the coast of high barbary كلمات الأغنية
- burna boy - firewood كلمات الأغنية
- latenightcalls - disclaimer كلمات الأغنية
- briseur d'élite - toi & moi كلمات الأغنية
- ross alan - feeling right كلمات الأغنية
- unknxwn entidad - what happened? كلمات الأغنية
- le 12 - livaï كلمات الأغنية
- kistehén - hogyan mondjam كلمات الأغنية