kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete - o dönəcək كلمات الأغنية

Loading...

[nəqərat] [ayka]
tərk etdiyin o yerdə tək
hər gün eyni ümidlə gözləyərək

[bənd 1] [f_ck]
səni səni tanımadığım, yəni, sənsiz vaxtlarımda sevmişdim mən
səni səni fikirləşdiyim sənsizliyimdə kəşf etmişdim mən
səni dağ zirvəsi bilib ətəklərinə çox uzaqdan gəlmişdim mən
sənin zirvədən də yüksəkdə buluddan beşikdə körpə kimi yatdığını bilmirdim

sən mənim üçün film deyilsən ki, gözlərim sənin sonunu gözləsin
baş rolunu oynadığımız bu filmin sonu hər kəsi kövrəltsin sevincdən
sən ölümümdə son, doğuluşumda ilk nəfəsim
artdı həvəsim, yarı olduğumu səni görəndən sonra dərk etdim
sənlə əl_ələ gəzdiyimiz küçələrin toz_torpağı doğma (doğma)
sənlə oturub dalğasına baxdığım dənizin çirkabı doğma
sənlə kədərini daddığım o həsrətin xatirələri belə doğma gəlir
sənlə yaşadığım sevginin qorxusu doğma, içimi dəlir

yadıma düşəndə ki, bu məsafəni dəf edərək yeni görüş gəlir
qəfəsə bağlanır sanki zaman, saniyələr uzanhauzan (uzanhauzan)
sənə desəm ki, uzaqda gördüyüm şəhərin işıqları saxta gözəllik
zövq ala bilmirəm, sənsiz qala bilmirəm
ah, tez geri dönsəm… (tez geri dönsəm)

[nəqərat] [ayka]
tərk etdiyin o yerdə tək
hər gün eyni ümidlə gözləyərək
tərk etdiyin o yerdə tək
hər gün eyni ümidlə, gözləyərək
o dönəcək…

[bənd 2] [promete]
səni məndən ayırsaydı ölüm, bəlkə belə çətin olmazdı
hər gün səni fikirləşməzdim
daha rahat olardı içim, ağlayardım hər gün bir az
gözüm arxanca qalmazdı

şək!llərinə baxardım, qədər ilə razılaşmazdım
bir gün ya mətbəx bıçağı, ya da ülgüc dost olardı damarlara
bu tərəflərdə səndən ayrı qalmazdım
amma nə yazıq ki, yazı başqa
sağsan və məndən ayrı, ona görə başqa fikirlər fırlanır başda
səni öldürmək hissi keçir içimdən
buna görə günəşim, (günəşim) məni bağışla

sənə yönləndirdiyim cavabsız çağırışlardır
yəqin işlərinin tərs getməsinin tək səbəbi
qarşısını ala bilmirəm artıq artan əsəbin
mən nə bilim ki, nə deyim ki, xoşuna gəlim?

deyim ki, “səni sevmirəm artıq”?!
özümə yalan danışa bilmirəm, bunu məndən yaxşı bilirsən
yoxsa deyim “səni dəli kimi sevirəm”?
yox, səni səndən çox sevəcək qədər ağıllıyam, bunu bilirsən

ya da mobil telefon, hələ də adının sonunda “m” hərfi durur
sadəcə, mesaj yazacaq qədər mənlik balansında yoxdur qürur
(yoxdur qürur)

tüpürmüşəm zamanla əlaqəli bütün aforizmlərə
“zaman unutdurur” kimi boş sözlərə
ya da “sevgilinə görə, sevgiyə görə çalışmaq lazımdır” kimi xoş sözlərə

şablonlardan uzaqlaşmışdım, sənin “o” olduğunu dərk edəndə
ya da ki, hamıdan fərqli “sən get, mən otururam” deyib məni tərk edəndə
sənin deyərək, gülərək keçirdiyin günlərdə
mən hələ də “necəsən?” soruşanlara cavabda deyirəm
“belə də” (belə də…)
[skit]
əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə
yəni sənin sevgin bir sevgi olaraq cavab sevgisi doğurmursa
bir sevən adam kimi sən həyatı təzahürünlə özünü sevdirə bilmirsənsə
onda sənin sevgin gücsüzdür. və bu bədbəxtlikdir

[nəqərat] [ayka]
tərk etdiyin o yerdə tək
hər gün eyni ümidlə gözləyərək
tərk etdiyin o yerdə tək
hər gün eyni ümidlə, gözləyərək

o dönəcək!
o dönəcək!

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...