kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete - mənim ulduzum كلمات الأغنية

Loading...

[bənd 1] [promete]
bu sözləri anlamağa başlayanda
yəqin ki, yadına da düşməyəcək
necə balaca idin
10 ayında ilk addımlarını atanda
mən səndən kilometrlərlə uzaqda idim

[nəqərat] [promete, sailor]
tut mənim əlimdən
sən mənim ulduzum
günəşin parçası
mənim gözəl qızım
[bənd 2] [promete]
gözümün qabağında ötür anlar, böyüyürsən
bu dünyanın sevincisən, özü də böyüyündən
sən həm ən kiçiyimsən, həm də ən böyüyümsən
nədir ixtiyarım ki, çıxım sənin bir sözündən?

nə qədər çətin olsa da gecələr oyanmaq
çox xoşdur yatarkən başın üstə dayanmaq
bu çox çətin peşədir _ valideyn statusu
və bunu olmur sadəcə qazanmaq

qızım, bax ağlama, götür bu oyuncağı
bax o qırmızını, ya da gələ bu ağı
mama gəlir, tez gəl, qaçaq, gizlənək
vay_vay_vay nə günə saldıq biz bu otağı

sənin hər addımını səninlə bərabər biz də atırıq
dayanırıq, əl çalıb alqışlıyırıq
inanılmaz və izah edilməz hisslərdir
çox xoşbəxtik ki, biz bir dünyada yaşayırıq

[nəqərat] [promete, sailor]
tut mənim əlimdən
sən mənim ulduzum
günəşin parçası
mənim gözəl qızım
tut mənim əlimdən
sən mənim ulduzum
günəşin parçası
mənim gözəl qızım

[bənd 3] [promete]
insanlar sevir qaçmağı olduğu zamandan
ya önə, ya da geri, bilmirəm bu nə adət
mən də geri çönüb baxanda görürəm
necə səninlə doldu ömrümə səadət

nə hacət sözlərə, əgər danışırsa hisslər
bu həyatda 2 cür insan var _ yaxşılar və pislər
onları tanımaq üçün sənə lazım olacaq bil ki
insan qəlbinin aynası sayılan gözlər

çətindir ayaq üstə dayanmaq bunu mən
yaşamışam bir neçə dəfə yıxılaraq
əsas odur gərək elə yaşayasan ki
sonra danışmayasan həyatını sıxılaraq

görürsən, mən də qabağa qaçıram indi
səninlə böyüklə danışan kimi danışaraq
adının çəkilməyi belə gətirir təbəssüm
izah edilməz hissdir səninlə bir dünyada yaşamaq
[nəqərat] [promete, sailor]
tut mənim əlimdən
sən mənim ulduzum
günəşin parçası
mənim gözəl qızım

tut mənim əlimdən
sən mənim ulduzum
günəşin parçası

tut mənim əlimdən
sən mənim ulduzum
günəşin parçası
mənim gözəl qızım

tut mənim əlimdən
sən mənim ulduzum
günəşin parçası
mənim gözəl qızım

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...