promete - mən özüm كلمات الأغنية
[bənd 1] [promete]
bu addımlar, hara aparır bizi bu addımlar?
mənim çətin uşaqlığım hələ də çıxmır yadımdan
hər dəfə, sanki eyni kino təkrarlanır
cırıq paltarlı uşaq görəndə qarşımda
işləməyə məcbur idim lap kiçik yaşımdan
əllərimdən və beynimdən tələb edirdim nə isə
kimsə tələb edəndə böyük qardaşından
və çıxmır yaddaşımdan birinci sinifdə düyməsiz pencək
bu acı gerçək və illər keçsə də
anam hər dəfə baxanda ağlayır o şəkilə
ay allah, sənə yalvarıram heç kimi yoxsulluqla sınağa çəkmə
qoyma ac qarınla yatağa uzansın hansısa körpə
yəqin ki, bu ən əzablı şeydir
öz körpəsini nəyəsə ehtiyaclı görmək
odur ki, valideynlər üzərindən əskik olmasın kölgən
onları qoru, gücləndir ki
onlar olsun körpələrinə yaxşı örnək!
[nəqərat] [ayka]
nə qalır geriyə bizdən?
qaçır, uçur sürətlə illər
silinir, yox olur izlər
dəyişdikcə bir_bir fəsillər
nə qalır geriyə bizdən?
qaçır, uçur sürətlə illər
silinir, yox olur izlər
dəyişdikcə bir_bir fəsillər
[bənd 2] [promete]
məftillər içində itib_batıb hər şey tamam
başımız qarışıqdır, yaxınlara yoxdur zaman
zəng etməyə də vaxt yoxdur, deməyə də bircə salam
bu gün yenə zəng edib darıxdığın dedi anam
ana, mən həm yalançıyam, həm də ki, qatiləm
sosial şəbəkələrdə vaxt öldürür sənin oğlun
axşam da zəng edəndə qaldırmayıb telefonu
səhər deyirəm _ tez yatmışdm, işdən dünən gəlib yorğun
hər şey çox bulanıqdır, hər şey necə də durğun…
səs_küyün içində mənim kim olduğumu da unutdum
silinir yaddaşımdan bir_bir bütün doğma şeylər
soyutdum özümü mən bu həyatdan, çox soyutdum
mənim üçün indi sevincdir cibimdə pul olması
ürəyim yaman çəkir bişirdiyin yarpaq dolmasın
deyirsən, özünə yaxşı bax, əynini qalın geyin
qoy xəstələnib ölüm, mənim kimisi heç olmasın!
[nəqərat] [ayka]
nə qalır geriyə bizdən?
qaçır, uçur sürətlə illər
silinir, yox olur izlər
dəyişdikcə bir_bir fəsillər
nə qalır geriyə bizdən?
qaçır, uçur sürətlə illər
silinir, yox olur izlər
dəyişdikcə bir_bir fəsillər
كلمات أغنية عشوائية
- the westlands - never meant to die كلمات الأغنية
- fiucina - 10 pał كلمات الأغنية
- sarach - thru the night كلمات الأغنية
- niki 2lauda - love nikdy nespí كلمات الأغنية
- дахабраха (dakhabrakha) - соловей (nightingale) كلمات الأغنية
- stervell - кислород (oxygen) كلمات الأغنية
- jason crabb - forever's end كلمات الأغنية
- scylla - la vie d'artiste كلمات الأغنية
- lit killah - el viento (part. imanbek) كلمات الأغنية
- brody brown - pagne كلمات الأغنية