promete - hiss yığını 1 كلمات الأغنية
[bənd 1]
çoxu bəlkə də xatırlamır indi kim olduğun
mənimsə yadımdan çıxmır haralardan qovulduğum
yoğrulduğum xəmir təkcə məndə verdi bəhrə
həyata qarşı dayanmışam, mən ağac, həyat dəhrə
bir_iki sətir yazıb içimi boşaldım _ dedim
bir də baxdım, alıb aparıb məni yenə ilham
qəribə gedişatla üyüdür fikirləri beynim
sətirlərə dönəndə çoxlarına olur məlhəm
çətini başlamaqdır, dişim üstündə dişimin
səbəbi mənə hörmətin, ustasıyam işimin
əlimi nəyə qoysam, bəli, bəli sevirəm tərifi
tərifçün çalışmaq bir hissəsi vərdişimin
mənimçün jarmusch olmaq asandır tarantinodan
ruh vermək üstündür məncə məsləhətdənsə
heç kəs paltarlı doğulmayıbdır anadan
fikirlər də bizimlə böyüyür, ölənlər də var nədənsə
[nəqərat]
bu trek tutulmayan yumor, uğursuz zarafat
fikirlərin gömdüyü saniyələrin qırğını
ruhun məhsuludur, anlamasan çevirərsən (çevir, çevir)
səninçün söz yığını, mənimçün hiss yığını
bu trek tutulmayan yumor, uğursuz zarafat
fikirlərin gömdüyü saniyələrin qırğını
ruhun məhsuludur, anlamasan çevirərsən (çevir, çevir)
səninçün söz yığını, mənimçün hiss yığını
[bənd 2]
fikrim bitsə, qoyaram nöqtə, bitməzsə, üç nöqtə
anlamağa çalışıram _ kim kimə edir diqtə
əllər yazır, fikirlər başqa yerdə
bəlkə elə bu dağınıqlıq dayanır kökdə, hə?
sakit dur, bilirəm, danışmırsan
fikirlərinin səsi gəlir qulağıma, düşünmə
məni çatdırmaq istədiyin yerdən oyana göndərmə
çatanda xəbər elə, fikirlərindən düşüm mən
çətindir yaşamaq, hisslər burulğanında
sovurub aparmasa yaxşıdır bizi nüvəyə
(boğuluram) itib batıram bu məişət yarğanında
gecələr pərvanə, gündüzlər güvəyəm
və nə qədər çətinmiş dayanmaq ayaq üstə
günü gündən suallar iti, bədən süst
fikirlərim məndən daha ağıllıymış
qoyası olsanız, mənə yox, onlara qoyun büst
[nəqərat]
bu trek tutulmayan yumor, uğursuz zarafat
fikirlərin gömdüyü saniyələrin qırğını
ruhun məhsuludur, anlamasan çevirərsən (çevir, çevir)
səninçün söz yığını, mənimçün hiss yığını
bu trek tutulmayan yumor, uğursuz zarafat
fikirlərin gömdüyü saniyələrin qırğını
ruhun məhsuludur, anlamasan çevirərsən (çevir, çevir)
səninçün söz yığını, mənimçün hiss yığını
[çıxış]
çox pis yığılır, məndə onlar çox pis yığılır
qalaq_qalaq… (ey!)
(sənləyəm, eşidirsən?)
nöqtə qoya bilməyəcəm…
(eşidirsən məni? ey!)
sən elə bilirsən, hər şey qurtarır
əslində isə hələ hər şey indi başlayır
(ey!) hazırsan? getdik!
كلمات أغنية عشوائية
- jtk - no favors كلمات الأغنية
- mit mj rips - give me souls كلمات الأغنية
- vii (usa) - blue light interlude. كلمات الأغنية
- tbg nyj - my life is a movie كلمات الأغنية
- ekkaia - el desprecio a lo oculto كلمات الأغنية
- icecream hands - you could be reported كلمات الأغنية
- umberto balsamo - o prima, adesso o poi كلمات الأغنية
- tatsuro yamashita - remember me baby كلمات الأغنية
- desmond child and rouge - imitation of love كلمات الأغنية
- detroit dino - pml كلمات الأغنية