
promete feat. tomris - ayrı rənglər كلمات أغنية
oyanıb ayrı şəhərlərdə, yazarıq bir-birimizə hərdən
reallıqdan uzaq cütlük, düşünüb ayrılarıq yerdən
qısa sms-lərdəki hərflərlə təmas edərik
zənglə, darıxmaqdan da xilas edərik
hər kəsi, hər kəsi silib həyatımızdan onu ən əsas edərik
cüt yataqda bir yeri ona ayırıb, dar-darısqal yatmağdı bu
daxili səsinə çevirib səsini, heç kim olmayanda da danışmağdı, bu
bacarmadığın işləri yenidən başlayıb, öz-özünlə yarışmağdı bu
həyat adlanan qısa oyunda, eşq adlanan alovla alışmaqdı bu
iki kəs birləşir, yəni bir olur, hər şey dəyişir rəngini
ürəklər də vurur ayrı ritmlə, nəfəs də dəyişir ahəngini
iki kəs birləşir yəni bir olur, hər şey dəyişir rəngini
ürəklər də vurur ayrı ritmlə, gözləyirəm zəngini
hər bir saniyə il kimi, sən uzaqsansa
mesajlarla duymaq olmur ətrini.
yoxdur maneə biz ikimiz, şəhərləri aşıb qovuşarıq
gəl, həsrət bitirməmiş məni
hər bir saniyə il kimi, sən uzaqsansa
mesajlarla duymaq olmur ətrini.
yoxdur maneə biz ikimiz, şəhərləri aşıb qovuşarıq
gəl, həsrət bitirməmiş məni.
düşünüb hər dəfə yenidən, cızıb beyində görüş məqamını
bilirəm görüşəndə unudub hər şeyi, sarılacam qucağına
məni dəli edir xəyalların, xəyalların uzaqdan-uzağa
səni düşünə-düşünə, düşmən kəsilmişəm yatağa
yat-qalx, ətrin ağlımda, sənə yazacağım sətrim ağlımda
istə, istədiyini gətirim ağlımla, təki yanımda ol, toxuna bilim
mənə demə, istəyirsən məni fiziki biz çoxdan bir ruh, bədənimiz iki.
ağlıma hakim kəsilib bu fikir, kaş qucağında yox ola bilim
gəl, kəsilir nəfəsim, daralır otağım, uzun günlər.
mən, özümü itirmişəm, səni, səni fikirləşərkən.
sən tək mənasısan həyatın, həyatım həyatından asılı
və bu sətirlər tək sənə yazılır.
oxuduğum nəğmələrsən sən, cızılar şəklin sətirlərimlə
mənə güllər bağışlayırdın, səni tapıram ətirlərində
hər bir saniyə il kimi, sən uzaqsansa.
mesajlarla duymaq olmur ətrini.
yoxdur maneə biz ikimiz, şəhərləri aşıb qovuşarıq
gəl, həsrət bitirməmiş məni
hər bir saniyə il kimi, sən uzaqsansa
mesajlarla duymaq olmur ətrini
yoxdur maneə biz ikimiz, şəhərləri aşıb qovuşarıq
gəl, həsrət bitirməmiş məni
hər bir saniyə il kimi, sən uzaqsansa
yoxdur maneə, gəl
şəhərləri aşıb qovuşarıq
كلمات أغنية عشوائية
- puzzle - limit كلمات أغنية
- kxng crooked - get it easy كلمات أغنية
- niyaz - tam e eshq (the taste of love) كلمات أغنية
- turmion kätilöt - tirehtööri كلمات أغنية
- jasun nation - build it up كلمات أغنية
- atmosphere - the way you do me كلمات أغنية
- hrvrd - on with disease كلمات أغنية
- p.po street - l k d كلمات أغنية
- shuga - my soul to jah كلمات أغنية
- john givez - dream chaser كلمات أغنية