
pranga - yadıma düşürsən كلمات أغنية
[nəqərat]
yadıma düşürsən, illər keçsə də
aramıza başqa adamlar girsə də
ayırsa da bizi həyat başqa şəhərlərdə
yadıma düşürsən hərdən
qocaltsa da bizi həyat başqa şəhərlərdə
yadıma düşürsən, hər dəfə
biletimin üstünə bakı yazılanda
səsim azalanda, adam az olanda
yenə sən yadıma düşürsən
hər dəfə həyatım dağılanda
gecə kabuslardan oyanıb bağıranda
başıma gəlir ağıl onda
[keçid]
yadıma düşürsən, islanır magistrallar
heç kəsə demirəm amma
necə yadıma düşürsən, bilir bir allah
köhnə bir mahnıda, eləcə bir anda
yadıma düşürsən, deyib_güləndə yalandan
[bənd 1]
yadıma düşürsən ağrını hiss edəndə
sol tərəfimdə, düz buramda
yollar yoranda, dostlarım üzümə duranda
yadıma düşürsən, vurmağı öyrətdiklərim
qayıdıb kürəyimdən məni də vuranda
köhnə bir mahnıda, eləcə bir anda
yadıma düşürsən, köhnə bakı kimi
hər şeyin ən gözəl olduğu vaxtlardan
prospektdən və portofinodan
köhnə uşaqlardan neçəmiz yaşayır uzaqlarda
uzaqda doğma ocaqlardan
neçəmiz bakıda, neçəmiz can alıb
can verir cəbhədə dağlarda
yadıma düşürsən
xatirən qapımı döyür hərdən
yoxluğun gözümdə duman, pəncərəmdə pərdə
ayırır məni mənzərəmdən
baxanda bu dənizə hərdən
sən demə, elə həyat özü baxıb
gözləmək imiş səni pəncərəmdən
yadıma düşürsən
sürüdən ayrı düşən canavaram indi
boğuluram okeanlarda
bilmirsən, amma buralar dərindir
pranga dəmirdir, pranga keçər hər şeydən
sol tərəfində daş var onun
səndən sonra daşdır solu
[nəqərat]
illər keçsə də
aramıza başqa adamlar girsə də
ayırsa da bizi həyat başqa şəhərlərdə
yadıma düşürsən hərdən
qocaltsa da bizi həyat başqa şəhərlərdə
yadıma düşürsən, hər dəfə
biletimin üstünə bakı yazılanda
səsim azalanda, adam az olanda
yenə sən yadıma düşürsən
hər dəfə həyatım dağılanda
gecə kabuslardan oyanıb bağıranda
başıma gəlir ağıl onda
كلمات أغنية عشوائية
- c.r.o., we$t dubai & moonkey - lambo (remix)* كلمات أغنية
- skan & el speaker - never gonna catch me (dreamer remix) كلمات أغنية
- kobina thaddeus - anticipate breakthrough (part 2) كلمات أغنية
- ned shark - weekly arrival كلمات أغنية
- holy holy - the aftergone كلمات أغنية
- the blunt force trauma - breakfast, lunch, & dinner when you die كلمات أغنية
- the bitter mass - everything lives in everyone كلمات أغنية
- myles cameron - summer '19 كلمات أغنية
- omg shaun - imagine that كلمات أغنية
- willard grant conspiracy - rosalee كلمات أغنية