pranga - stalinka كلمات الأغنية
[bənd 1]
indi daha da dərindəyəm
elə bil ölmüşəm, öz matəmimdəyəm
elə bil əngəl olub məsafələr
elə bil gəlməmisən cənazəmə
içimdə kimsəsizlik
ağlayır məzarımda qadınlar
elə bil qocalmışıq, illər keçib
elə bil çıxmışam yadından
çıxmışammı yadından?
mən axı səni xatırlayıram
köhnə “сталинка”dan
köhnə portofinodan
sənin italiya xəyallarından
klassik ‘’marlboro’’dan, 96 mercedes’dən
həzin serenadalardan
indi mənim yazılarımda uduzur
həyatı hər gecə ağır alkoqol
qoxan bu yad adamlar
getdin gedəli
cismin əziz deyil daha
indi mən də davranıram sən kimi
illər ölümü ləngidir
yoxdur köhnə dadı da bu zəhrimarların
dəyişib elə bil tərkibi
gərək, tərgitim
belə də olur
adam şəhəri tərk edir
adamı tərk edilmək yox
tərk eləmək bərkidir
nə qədər bağlasam da
qapını, bacanı, xatirən
sızır otağıma ölü bir adamın
evinə gələn zəng kimi
məndən qalan hər nə varsa, boğ içində
qoy uzaqlıq adlı qarğalar parçalarımı yesinlər
nə qədər qanlı_bıçaqlı olsaq belə
qorxuram bir insanın bu qədər alçala bilməsindən
içimdə kimsəsizlik, xəstəxana divarları
boş dəlix_n_lar kimi indi sən də
satırsan o günlərimizi öz oğlu ilə yatan
qızlarının körpə ətini satan _n_lar kimi
hekayəmizi satdığın kimi
indi məndən uzaqdasan
fəsillər gələr, keçər
axı ölülər danışmazdı
mən axı səni eşidirəm hər gecə
səsin gəlir radiolardan
qarışır rezonans
yıxılır içimdə imperiyalar, gedir səsin
elə bil dilbər unudub müşfiqi
elə bil cavad güllələnib gecəyarı
görmədən son dəfə şükriyyəsini
sənin o qızıl sarısı saçların da dalğalanmır
indi daha bakının küləklərində
sal qayalar bağlamışam sol yanımda
özüm boyda daş var indi ürək yerində
tarix yazan yaşımı keçib
özümü heç vaxt olmadığına inandırmışam
onda biz ikimiz də davam elədik yolumuza
sən saçını kəsmisən, mənsə şeirlərimi yandırmışam
كلمات أغنية عشوائية
- jane n' the jungle - trouble كلمات الأغنية
- prettyboy col - 06 elantra كلمات الأغنية
- legwurk - waiting on me كلمات الأغنية
- yung porsche - choke كلمات الأغنية
- next apollo - icon كلمات الأغنية
- izel - hıcran كلمات الأغنية
- a-tota-so - far enough كلمات الأغنية
- nateman, realest cram, ck yg - akala mo ata كلمات الأغنية
- bupropion. - ce que j'ai كلمات الأغنية
- why mona - lemons كلمات الأغنية