
pranga - carçı lyrics
[bənd 1]
bura ölülər şəhəridir, bura cəsəd kombinatı
bütlər ilahiləşdikcə xalq olur zombi, yatır
bizsə hey bağırırıq, necə ki 37_də
əhməd cavad bağırmışdı: ‘’oyanın, vətən batır’’
müşfiq güllənəndə dilbər nalə çəkdi, saçın yoldu
zəngəzur qan ağladı, xocalı yandı, laçın soldu
gəldiyimiz yer də, gedəcəyimiz yer də torpaq idi
o qədər ağladıq ki, o torpaq da palçıq oldu
səsim titrədikcə sözüm silkələyər künc_bucağı
fərman, mete, dəli yazar, pranga, bermud üçbucağı
biz bilirik yatan xalqı yuxudan oyandırmağı da
gedənlərin dalınca bir siqaret yandırmağı da
bəşəriyyətin qanını içənlər şərabı haram buyurdu
hansı ki, o şərabla mən qanlı yaramı yuyurdum
yolumdakı zəncirləri qıram, gərək, qram_qram
bu cılız bədəndə dünya boyda ruh daşıyıram
[nəqərat]
gün gələr, ruhum uçar, vətənə cənazəm gələr
qoşulub ölüm karvanına şəhidlərlə tən gələr
çağır sən, gələr, çağır sən, gələr
sözün bitib tükəndiyi yerdə səmazən gələr
gün gələr, ruhum uçar, vətənə cənazəm gələr
qoşulub ölüm karvanına şəhidlərlə tən gələr
çağır sən, gələr, çağır sən, gələr
sözün bitib tükəndiyi yerdə səmazən gələr
[bənd 2]
üsyanımız tükənməz şəhriyarın səsi kimi
füzulinin eşqi, nəsiminin əqidəsi kimi
pranga yalnız gəlib, gedəndə yalnız gedər
batmazdıq, əgər döyüşsəydik ağladığımız qədər
yığışdırın valentini, ritual, ayin, pasxalarınızı
bəsdir pul və qara qızıl ki, altı görünən maskalarınızın
yedilər içimizdən, gələn vurdu, gedən üzdü
bilin ki, erməniyə ağlayanlar ermənidən də pisdir
açın kəndiri, deyilsən diri, illər olub öləli
cismin azad ola bilər, hərgah ruhun kölədir
dedilər, sətiraltı yazın, gəlməz onda özünə ziyanı
biz sətirüstü yazsaq, qaytararlar repressiyanı
üzümdəki zəhrimarı silərsiz
öləndə mənə 21_ci əsrin şəhriyarı deyərsiz
[nəqərat]
gün gələr, ruhum uçar, vətənə cənazəm gələr
qoşulub ölüm karvanına şəhidlərlə tən gələr
çağır sən, gələr, çağır sən, gələr
sözün bitib tükəndiyi yerdə səmazən gələr
gün gələr, ruhum uçar, vətənə cənazəm gələr
qoşulub ölüm karvanına şəhidlərlə tən gələr
çağır sən, gələr, çağır sən, gələr
sözün bitib tükəndiyi yerdə səmazən gələr
Random Lyrics
- i.b.k. - i.d.g.a.f lyrics
- amir tataloo - kheyli balam lyrics
- to kill a king - bloody shirt lyrics
- schama noel - thoughts of a loner lyrics
- jimi blue - freibäder lyrics
- russell! - young, weird & lame lyrics
- madilyn bailey - fancy lyrics
- kwad - crystal method lyrics
- dd company - even stampen lyrics
- junes - nie-śmiałość lyrics