kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ədalət şükürov - sən elə, mən belə كلمات الأغنية

Loading...

[bənd 1: vüqar əbdülov]
bir gün dedim: “gəl görüşək
bakı bulvarına düşək”
dedi ki: “mümkün deyil
gecdir, buraxmaz anam”

deyinərək deyin – deyin
çatdı qaşın, atdı çiyin
heç “sağ ol” da demədi
çıxdı, getdi, vəssalam

[nəqərat: trio]
sən elə, mən belə
düşmüşük dildən – dilə
əcəb işə düşmüşük
sən elə, mən də belə

sən elə, mən belə
düşmüşük dildən – dilə
əcəb işə düşmüşük
sən elə, mən də belə

[bənd 2:ədalət şükürov]
üç gün deyil, beş gün deyil
mən ona salmışam meyil
gündə bir on dəfə də
halını soruşuram
o da əvəzində yaman
kefimə doğrayır soğan
elə küsür, inciyir
yalvarır, barışıram

[nəqərat: trio]
sən elə, mən belə
düşmüşük dildən – dilə
əcəb işə düşmüşük
sən elə, mən də belə

sən elə, mən belə
düşmüşük dildən – dilə
əcəb işə düşmüşük
sən elə, mən də belə

[bənd 3: kamran həsənli]
siz deyənlər nədir əşi?
bunun lap oyundur işi
dərdimi açsam, desəm
qəlbin od tutub yanar

ona baxma, buna baxma
o kim idi verdin salam?
bundan olsa özünü də
özümə qısqanar
[nəqərat: trio]
sən elə, mən belə
düşmüşük dildən – dilə
əcəb işə düşmüşük
sən elə, mən də belə

sən elə, mən belə
düşmüşük dildən – dilə
əcəb işə düşmüşük
sən elə, mən də belə

[bənd 4]
[ədalət şükürov]
gəlin, bunlardan ayrılaq
başımıza çarə qılaq
[vüqar əbdülov]
hərəmiz çıxaq gеdək
öz işimizin dalına
[kamran həsənli]
istər kişi, istər qadın
duymursa sevginin dadın
[vüqar əbdülov]
o heç sevə də bilməz
vay o kəsin halına!

[nəqərat: trio]
siz еlə, biz belə
düşmüşük dildən – dilə
sevgi oyuncaq deyil
vallahi, olmaz belə!
siz elə, biz belə
düşmüşük dildən – dilə
əcəb işə düşmüşük
siz elə, biz də belə

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...