
ədalət şükürov - anam deyərdi كلمات أغنية
[bənd 1]
anacan, anam mənə deyərdi
sözlərimi saxla yadında
pisliklər, oğul, dünya qədərdir
sən yaxşılıq axtar adamda
anacan, anam mənə deyərdi
vaxt gələcək, düşünəcəksən
yanlış addımın sonu kədərdir
qurban olum, səhv eləmə sən
[nəqərat]
yaşamaq asan deyil belə
biri çatırsa, o biri çatmır
nağıl dinləmək olmur hələ
adam fikirdən gecələr yatmır
[bənd 2]
anacan, anam mənə deyərdi
yaxşı düşün, hələ ki təksən
başlayacaq, oğul, uşaq dərdi
o gündən ki evlənəcəksən
anacan, anam mənə deyərdi
haramın dalınca getmə sən
yalan ölümdən, oğul, betərdir
düzü danış, danışa bilsən
[nəqərat]
danışmağa nə var ki, ana?
dediyini eləmir adamlar
hər düz olan çıxmır bir yana
hər səhərin bir gecəsi var
[bənd 3]
yadımdadır hər sözün, anacan
aradan illər keçsə belə
mən çox istəyirəm bunu, inan
amma sən deyən olmur hələ
oynasa da bizimlə bu həyat
çalışıram, düşməyim tora
amma, anacan, sən deyən hara
indi yaşadığım gün hara
[nəqərat]
yaşamaq asan deyil belə
biri çatırsa, o biri çatmır
nağıl dinləmək olmur hələ
adam fikirdən gecələr yatmır
yaşamaq asan deyil belə
biri çatırsa, o biri çatmır
nağıl dinləmək olmur hələ
adam fikirdən gecələr yatmır
[çıxış]
anacan, anacan
كلمات أغنية عشوائية
- iacampo - il frutto del deserto كلمات أغنية
- olamide - owo shayo كلمات أغنية
- nemico - distansia كلمات أغنية
- crosby morgan - black and blue كلمات أغنية
- alícia serrat & miquel tejada - buit كلمات أغنية
- kevin heigl - breaking love كلمات أغنية
- diesilly - redice كلمات أغنية
- mykele deville - easy كلمات أغنية
- glk - moula كلمات أغنية
- weeknight motion - fabricator كلمات أغنية