kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ədalət şükürov - sən ki belə deyildin (2002) lyrics

Loading...

[giriş]
sən ki belə deyildin
sevgilim deyirdin
hər görəndə

[bənd 1]
can verirdi hər baxışın canıma
adın, özün hey axırdı qanıma
uşaq kimi sən qaçardın yanıma
o günlərin xatirəsi bəsimdir

haradan girdi aramıza qoca həsrət?
niyə belə dəyişmişsən bəs indi?

[nəqərat]
sən ki belə deyildin
sevgilim deyirdin
“sevirəm”, _ deyirdin
hər görəndə

sən ki belə deyildin
ürəyim deyirdin
həyatım deyirdin
hər görəndə

[bənd 2]
uzaqlaşdın mən yazıqdan bir axşam
sənsiz tənha, sənsiz yalqız qalmışam
ikiəlli ətəyindən tutmuşam
istəyirsən, ətəyini kəs indi
hərdən məni yada salıb xəyal kimi
öz_özündən inci indi, küs indi

[nəqərat]
sən ki belə deyildin
sevgilim deyirdin
“sevirəm”, _ deyirdin
hər görəndə

sən ki belə deyildin
ürəyim deyirdin
həyatım deyirdin
hər görəndə

[bənd 3]
artıq mənsiz qalmısan sən, əzizim
solub gözəl üzün, solub bənizin
sən olmuşsan ayrılığın kərizi
öz cəzandı, öz günahın, döz indi

mənsiz keçən hər gününü yelə vermə
bir_birinin ardı ilə düz indi

[nəqərat]
sən ki..
sən ki belə deyildin
sevgilim deyirdin
“sevirəm”, _ deyirdin
hər görəndə
sən ki belə deyildin
sevgilim deyirdin
“sevirəm”, _ deyirdin
hər görəndə

sən ki belə deyildin
ürəyim deyirdin
həyatım deyirdin
hər görəndə

sən ki belə deyildin
sən ki belə deyildin

Random Lyrics

Hot Lyrics

Loading...