
orxan zeynallı - yaxşı qız كلمات أغنية
[bənd 1]
oyanır hamıdan tez, baxır pəncərədən
günəş rəngli saçlar, yaşıl göz, incə bədən
bir azdan oyanacaq həyatdə ən vacib insanlar
soruşacaqlar ki, hara baxırsan pəncərədən
səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da
səsini çıxara bilməz, çünki o fədakardır
evin bütün yükünü kişilərin yerinə qaldırsa da
kompliment eşitmir, şirin sözə qulağı kardır
telefon əlindən alınıb, artıq iki ildən çoxdur
sinif yoldaşına zəng etməkdə günahkardır
münasibət qurmaqdan söhbət belə gedə bilməz
ailəyə ləkə yaxılsa, o tək səbəbkardır
darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi
düşünür _ qəribədir bu tale, hər şey kələkdir
kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı
halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı
[bənd 2]
xeyir və şər məclislərinə bər_bəzəkli
o uşaqlıqdan bilir artıq nə düz, nə əyri
təhsil ikinci plandadır əsas ev işləridir
gələcək həyat yoldaşına indidən öyrəşməlidir
küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?!
tanımadığın insanlara qarşı olsun sərt çöhrə
dinləmək olar ancaq muğam, bir də xalq mahnıların
valideyn tərəfindən təyin olur arzuların
bugün_sabah nişan, dəyişəcək ancaq ünvan
dəyişəcək divarlar, amma həyat hələ zindan
olmazmı ki,bu otaqdan onun da nazı qalsın?
əsas o deyil, əsas evin kişisi razı qalsın
əsas _ qohumlar desin ki,o yaxşı qızdır
əsas _ bu cəmiyyət desin ki,o yaxşı qızdır
axı o insan deyil, sadəcə kiminsə namusu
ölüb yenidən oğlan doğulmaqdır tək arzusu
كلمات أغنية عشوائية
- erasure - love to hate you (lfo modulated filter mix) كلمات أغنية
- stefan dimitrijević leon - zidovi od šećera كلمات أغنية
- nfl bree - a whole lot كلمات أغنية
- boa - i see me كلمات أغنية
- the mark of cain - hindsight كلمات أغنية
- jean-pierre ferland - feuilles de gui كلمات أغنية
- mayhem z.a - microphone contoler كلمات أغنية
- kennings - diamond eyed كلمات أغنية
- savage cult - numb [ers] كلمات أغنية
- dem atlas - lucille كلمات أغنية