orxan zeynallı - yarımçıq həyat كلمات الأغنية
[bənd 1] [aid]
barmenin qarşısında iki bakal, ikisi də yarımçıq süzülüb
birində şərab, digərində mənim həyatım
düzülüb gözlərimdə səhv atdığım hər addım, sayını unutdum
qolumda saat işləmir
mən artıq zamanı buraxdım talehin hökmünə
mən artıq ölmüşəm ya sabah öləcəm, fərqi nə?
dilim də quruyub artıq, səbəbi sənlə olan son öpüş
geriyə atdıq, bilirdim qəmli olacaq son dönüş
həyat təkrarlanır, elə bil dejavu
şəhərin mərkəzi passaj, mənə tanışdı bu
əl_ələ qaçırdıq biz, elə bil tələsirik
indi isə bu vəziyyətdə sadəcə əsirik
sənin indi öz ailən var, mənimsə kiçik daxmam
indi mən pis vəziyyətdəyəm, gözünü çək, bir də baxma!
görmə məni bu çirkin içində
görəsən tanıyarsan mı məni kütlənin içində?
düz seçim etdin, yaxşı birini tapdın
bizimsə sevgimizi sadəcə bir səhv bilib həyatın beşiyinə atdın
birgə şək!llərimizi isə
yəqin ki, çoxdan zibil yeşiyinə atdın…
[nəqərat] [ayka]
uzaq gəmi, bu sahildən qurtar məni, burax uçum göylərə
orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib
hiss edim, necə düzüləcək yollara dərdlərim açılmış qollara
sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyım?
[bənd 2] [aid]
o səni aparır restoranlara, o səni gəzdirir
o hər şirin sözüylə güldürür, özünə sevdirir
o ədəbli, yerini bilən, tərbiyəli
o sənə şeir yazır, bəzən romantik, bəzənsə qəmli
o sənə hədiyyələr verir, məndən fərqli olaraq
o sənin pis, yaxşı günlərində tək buraxmır
həyata tam hazırdır, məndən fərqli olaraq
o bacarır düzgün dayaq olmağı, səhv buraxmır
o əsl şahzadə sənin xəyallarındakı
o həyatdan hədiyyə sənin röyalarındakı
o səni qorumağa hazır hər bir çətinlikdən
o səni isidir istiliklə qollarındakı
diqqətlidir sənə qarşı, həm də çox
o çoxlu pul qazanır, amma gözlərisə daim tox
cəmiyyətdə hörmətlidir, atan, anan da çox sevir onu
səliqəli görünüş, daim uğur izləyir onu
o mənim düşmənimdir, bəlkə də yaxşı olduğu üçün
səni mən atdıqdan sonra o səni tapdığı üçün
mən heç bilməzdim ki, məndən də yaxşıları var
mən heç bilməzdim ki, ciddi sevən insanlar var
bir vaxt əyləncə idin mənimçün, vaxt keçirirdim
özümdən çox razıydım, çox qız sınaqdan keçirirdim
amma mən bilməzdim ki, nə vaxtsa belə olacaq
məndən daha yaxşısı səni məndən alacaq
[nəqərat] [ayka]
uzaq gəmi, bu sahildən qurtar məni, burax uçum göylərə
orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib
hiss edim, necə düzüləcək yollara dərdlərim açılmış qollara
sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyım?
uzaq gəmi, bu sahildən qurtar məni, burax uçum göylərə
orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib
hiss edim, necə düzüləcək yollara dərdlərim açılmış qollara
sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyım?
كلمات أغنية عشوائية
- unknxwn. - shallow. كلمات الأغنية
- aiko (cze) - power (live session) كلمات الأغنية
- tumewithane - divine كلمات الأغنية
- salt cathedral - thinking ('bout you, 'bout me) كلمات الأغنية
- rapkhaos mob - pen freestyle 2 كلمات الأغنية
- bioblut - simple solution كلمات الأغنية
- os maskarados - dedica-te ao fortnite كلمات الأغنية
- os nana - placo 2 كلمات الأغنية
- fen$xx - fucking awesome كلمات الأغنية
- backstage cast - reaching for the sun كلمات الأغنية