orkhan zeynalli - yaş gəlir كلمات الأغنية
[bənd 1]
mən həmişə istəmişdim qızım olsun
körpə gülüşlərində həyatı tapdığımdandır yəqin ki
musiqini dinləyəndə deməyə daim sözüm olsun
heç olmasa okean sahillərindən olum dərin
albomun bir parçası, həyatın bir parçasıdır
səmimiyyətin ən bol olduğu yer
mahnı və uşaq bağçasıdır
bax qulaq asır yəqin indi yaşlılar da
kaş ki, hər sözüm bir iz qoyaydı yaxşılarda
(gör bizə neçə göz baxır…)
gözlərinsə arxasında sevgilər və hisslər durur
(biz neçə evin bərk damı…)
duyğularıma sığına bilmən üçün qəlbim divarlar hörür
hələ də parlaya bilməyibsə ulduzun, üzülmə, dost
bəlkə günəş batmıyıb və çökməyib hələ qaranlıq
quşların azadlığı səma, mənimsə musiqi
əlini ver, uçaq biz əsl sevgilərdən yarandıq
[nəqərat]
yaş üstə yaş gəlir
yönəlib həyatın mənə ciddi baxışları
hisslərimə də qış gəlir
atacaq baharın yenə ürəyimə daşları
gözlərimdən, hər sözümdən bilinir
təklikdən üşüdüm artıq
uşaqlığ illərin əməllərindən
doymadan tərslikdən böyüdüm artıq
[bənd 2]
küçədə kiminsə tanımağı əvvəl böyük sevinc idi
indiysə gözə qədər kepka, unudulmuş dalanlarla
cangüdənlərin məni qorumağı çox gülünc idi
hər yeni uğurun ardıyca dostlaşırdım yalanlarla
zarafat etmə çox, deyib_gülmə, danışma çox
özünü qabağa atma həyat adlı yarışda çox
ama dostların və dinləyicilərin bilmədiyi bir şey
“mən böyüdükcə içimdəki uşaq biraz da körpələşir”
mənimçün musiqi deyil xalqın ürəyinə gedən yol
mən hələ də öz ürəyimə gedən yolda yarıda qalmışam
hərdən mən bezirəm, hərdən bezib tərk edən olur
amma ki, bu gün bu qəlbin ortasında tək qalmışam
kiməsə səmt olmuşam, çoxuna sərt olmuşam
cavabsız məktublar və cavabsız zənglərlə
bir azdan böyüyəcəksən, tələs, üfür sönməmiş şam
tortda “23” yazmışam, deyəsən doğrudan böyümüşəm
[nəqərat]
yaş üstə yaş gəlir
yönəlib həyatın mənə ciddi baxışları
hisslərimə də qış gəlir
atacaq baharın yenə ürəyimə daşları
gözlərimdən, hər sözümdən bilinir
təklikdən üşüdüm artıq
uşaqlığ illərin əməllərindən
doymadan tərslikdən böyüdüm artıq
[bənd 3]
yaxın dur, qulağını aç, hələ ki, bitməyib sözüm
yoruldum, qolumu aç və özünü qucaqla bərkdən
denən ki, dərddəyəm, yoluna şəffaf yaş atsın gözüm
mənimlə uçmaq istə, gözünü yum, qanadlan ürəkdən
mənimlə doğmasan “karusel”imə minmisənsə
həmin “hekayə”dəki əsgər kimi sevmisənsə
və “bəlkə” əkmisənsə nə vaxtsa həmin “güllər”i
mənimlə eynidir yəqin sənin sevimli günlərin
[nəqərat]
yaş üstə yaş gəlir
yönəlib həyatın mənə ciddi baxışları
hisslərimə də qış gəlir
atacaq baharın yenə ürəyimə daşları
gözlərimdən, hər sözümdən bilinir
təklikdən üşüdüm artıq
uşaqlığ illərin əməllərindən
doymadan tərslikdən böyüdüm artıq
كلمات أغنية عشوائية
- romeo.babybechs - siden jeg var barn كلمات الأغنية
- grupo límite - ilusión de amor كلمات الأغنية
- quannnic - snarky كلمات الأغنية
- lonely is hunter - love language كلمات الأغنية
- mc t4n4k4 - inventive rap كلمات الأغنية
- guided by voices - re-develop كلمات الأغنية
- another - bad bunny كلمات الأغنية
- lazza - nessuno كلمات الأغنية
- zell - backpack كلمات الأغنية
- billy childs - been on a train كلمات الأغنية