kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orkhan zeynalli - ürəyimin səsi كلمات الأغنية

Loading...

[bənd 1]
bir gün vurulursan, həyatın dəyişir
ağlın tərk edincə qalır hər işin yarımçıq
bir həyat, bir oyun, bir dərs…
davamlı üzüntü gəlir, sevgi tez bitərsə

və hər səhər səvərsən yazıb, oyadıb
payız xəzanı rənginə yazı boyadıb
dəyişirsən hər günün adını o daşıyır
gülüşünə hər gün inadın “yoldaş” deyir

qaçacaqsansa ilk görüşdən
sevgi qaçar açıb qanadlarını
sən hünər toplayıb ona getməsən
günəş önündən çəkməz buludlarını…

bu həyat başqa cürdür, sən anla artıq!
cavabsız qalan sevgi hər anla artır
vər ürəyini, qoy ona qovuşsun
azalsa da sevgin, təki var olsun

[nəqərat]
sevmə, yenə tərk edəcək səni
getmə ona tərəf bir addım da
olma yenə doğma
bir günün içində tanımadığın bir insana…
hiss et, necə aldadır gözləri
bil ki, ancaq dildədir sözləri
sənsə bir əsərsən
hansının ki, sonunda qırılır ürəklər

[bənd 2]
bakının bir küçəsində səhərədək
oyaq qalıb, şirin yuxunu biz zəhər edək
gəl səfər edək yağış bərk yağan yərdə
tək adam olaq, islanaq gedək

kimsə də bizim kimi, sevə_sevə səhv edir
rahat həyatın qanadını qırıb məhv edir
kimin ki, qəlbi qırılıb o bələddir
amma ki, bu gün hisslərim sənə tərəfdir

mən qaçmayacam ürəyim “qaç” dedikcə
sevgi böyük dərdlər arxasında gizləndikcə
və hər dəfə yazdıqca mən qəmli mahnı
tək olduğumu anlayıram, kədərim sevildikcə

son gülüş ağrılıdır, yüz göz yaşından
dünənlər yadımdan çıxmır düz 4 yaşımdan
xatirələr qəmdən başqa nə verir ki?
hər şey yaxşıdır, amma ürəyimin səsi deyir ki
[nəqərat]
sevmə, yenə tərk edəcək səni
getmə ona tərəf bir addım da
olma yenə doğma
bir günün içində tanımadığın bir insana…

hiss et, necə aldadır gözləri
bil ki, ancaq dildədir sözləri
sənsə bir əsərsən
hansının ki, sonunda qırılır ürəklər

[bənd 3]
payız borc verir sən alırsan, utanmadan
sevgi “gəl” deyəndə qaçırsan dayanmadan
yuxunu danışa bilsəydin mənə oyanmadan
şirin olardı hər söhbət, hər yan, hər an…

sənin üçün sevgi hisslərdən yorulmaqdır
əslində isə sevgi hisslərlə doğulmaqdır
yəqin ki, təqvimində “mən”li günlərin çatmır
sevgim həyat kitabında sadəcə mündəricatdır

artıq əlim çatmır, sözlər çox yuxarıdadır
ilham pərimi görsən, soruş gör hardadır?
bir azdan şər qarışacaq xeyri xilas еdək
sevgini atmaqdansa kiməsə miras edək
bitən sətirlərə baxıb anladıqca mən
yenə hisslər, yеnə sevgi yazıram ancaq mən
həyatın hissəsidir, tək qələmin səsi deyil ki
sevgidən öncə dinlə, ürəyimin səsi deyir ki…

[nəqərat]
sevmə, yenə tərk edəcək səni
getmə ona tərəf bir addım da
olma yenə doğma
bir günün içində tanımadığın bir insana…

hiss et, necə aldadır gözləri
bil ki, ancaq dildədir sözləri
sənsə bir əsərsən
hansının ki, sonunda qırılır ürəklər

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...