orkhan zeynalli - salam-sağ ol (live) كلمات الأغنية
[bənd 1]
danış görüm
necədir oralar mənsiz?
doğrusu, gec olsa da, başa düşdüm
tərk edə bilmir bədənimi yaralar qəmsiz
necədir hava şərtləri orada?
saat fərqindən xəbərim yox
əvvəl sevinərdik yayda
indi istiliyə səbrim yox
düz deyirdin, mənə sevmək düşmür
eyni şeyi saldı ‘’terapist’’ beyinə
keyfiyyət azalır ailələrdə
amma artır xoşbəxt meqapiksellər
qaçırıq evdən, məmnun işdə
baş aça bilmirəm mən bu işdən
başqa ailə davalarını izləyirik
bu nə vərdişdir, neqativ sevmək?
iki cəhətim var idi: “yaraşıq, istedad _ artan ildən ilə”
birdən_ikiyə düşünməmişdim
necə düşdü cəhətlərim ikidən birə
kəsilən duz_çörəklərin
duzu çox gəlib, sən demə, çörəklər boyat
tək bədənimiz deyil özgə
çoxdan ürəklər də yad
pisliyini istəmədim heç vaxt
bilmirəm savabmı o?
istəsən, bir gün zəng vur, oturaq
yaxşı vaxtları yada salaq, yox?
nə isə, boş ver, getsin
yaxşı fikir deyil onsuz
nolsun, telefon susmur
nə nömrən qalıb, nə salam_sağ ol
[nəqərat]
nə qədər yaxınsan, o qədər uzaq
nə qədər yağışsan, o qədər ocaq
hələ də ümid var üfüqlərdə
səni unudum yol boyunca
nə qədər yaxınsan, o qədər uzaq
nə qədər yağışsan, o qədər ocaq
hələ də ümid var üfüqlərdə
səni unudum yol boyunca
[bənd 2]
danış görüm
varmı sənin xəyal etdiyin bir görüş?
təsəvvüründəki məkandan danış, geyimləri bölüş
nə qədər məsafə var aramızda
həm ‘’ruhsal’’, həm fiziki
çoxluğun həqiqət olduğu dünyada
qalmışdıq həqiqi biz iki
indi bu çaylar axır fərqli məcrada
yollar fərqli
səyahətdə yaş olan qumlar fərqli
həyat eynidir, dünyam fərqli
sözlər bol, amma boşluq icrada
həyam fərqli
bilirsən, yatıram eyni cür
gecələr eynidir, röyam fərqli
[nəqərat]
nə qədər yaxınsan, o qədər uzaq
nə qədər yağışsan, o qədər ocaq
hələ də ümid var üfüqlərdə
səni unudum yol boyunca
nə qədər yaxınsan, o qədər uzaq
nə qədər yağışsan, o qədər ocaq
hələ də ümid var üfüqlərdə
səni unudum yol boyunca
كلمات أغنية عشوائية
- marino كلمات الأغنية
- chastain - there will be justice كلمات الأغنية
- rob apollo - hedge (power trippin') كلمات الأغنية
- gary chapman - hold on كلمات الأغنية
- ant clemons - mama i made it كلمات الأغنية
- jwem - rap song كلمات الأغنية
- les frères scotch - médaille كلمات الأغنية
- mario - today كلمات الأغنية
- jhay cortez - easy كلمات الأغنية
- peter doherty & the puta madres - punk buck bonafide كلمات الأغنية