orkhan zeynalli - #nəvarnəyox كلمات الأغنية
[bənd 1]
var “track”, başlayır hansı ki, nəqarətsiz
var söz, bir az düz, amma cəsarətsiz
var xalqa, müraciət sanki ədəbiyyatdır
var xalq, hansı ki, dinlədikcə əbədi yatdı
var ölkə, hansı ki, tikilir sökülür turistlərcün
var sevgi, hansı ki, küçədə yemdir polislərçün
var qələm, var vərəq və var tükənməz hisslər
var dinləyici, hansı ki, sevdiyindən ölməyini istər
var səma, var günəş hansı ki, qovur ulduzları
var vəhşi ata_ana, hansı ki, doğur quduzları
var şəhər, bir_iki damla bal və qalanı zəhər
var cəmiyyət, hansı, qəhrəmandan çox yalanı sevər
var bezmək, var dözmək, çoxluqda itib getmək
var tərk edib getmək, var tüpürüb getmək
var intihar etmək, sevgi cavabsız qalanda
var cəhənnəmdə yanmaq, günahsız olanda
var pul, var şöhrət, var əmr və qul
varsa sədaqətin, evin yananda yerində dur
var insan, səhv etdikcə sevir səhv edənləri
var allah, dərd verir və sevir səbr edənləri
var dəniz və dibinə getdikcə anlayırsan
ki var qaranlıqda parıldayan möcüzələr
var hekayə, hansının ki, sonunda ağlayırsan
və var yeni səhifə, açıb köhnə kitabı bağlayırsan
[nəqərat]
var keçmişdən bizə gələnlər
var “gələcəyi görürəm” deyənlər
yoxsa uzun_uzun söhbət edənlər
tap tanışını “nə var, nə yox” denən
var keçmişdən bizə gələnlər
var “gələcəyi görürəm” deyənlər
yoxsa uzun_uzun söhbət edənlər
tap tanışını “nə var, nə yox” denən
söhbətim şəhərimlə bu gün
zəhərim var bu gün
“track”im də var
tökəcəm nə qədər ki, gec deyil
söhbətim şəhərimlə bu gün
zəhərim var bu gün
“track”im də var
tökəcəm nə qədər ki, gec deyil
[bənd 2]
var brend alanlar, var brend olanlar
var düz yol gedənlərə bənd olanlar
var böyük qüvvə yaratmaq fərqlilərdən
var məndə olanlar, var səndə olanlar
var sistem, hansı ki, min illər boyu dəyişmir
yuxarıdakılar qol çəkir aşağıdakılar öldükcə
mən düz söz desəm, sən onu dərk etsən
bir olub dəf etmək olar hər sədd hörüldükcə
var hamı gözün bağlayanda gizlincə göz vurmaq
qaranlıq hamını ağladanda işıq salıb iz qoymaq
yem bol, geniş qarınlar və doymayan gözlər
siz partlamaq istiyirsiz, amma biz doymaq
“nə var nə yox” deyib keçirik, amma dəyişmir heç nə
dərdi özü istəyənlərin dərdi artıq deyil vecimə
hünərin yoxsa, xəyallar sərhədin keçmə
həyat sənin seçimindir axı, istəmirsən seçmə
[nəqərat]
var keçmişdən bizə gələnlər
var “gələcəyi görürəm” deyənlər
yoxsa uzun_uzun söhbət edənlər
tap tanışını “nə var, nə yox” denən
var keçmişdən bizə gələnlər
var “gələcəyi görürəm” deyənlər
yoxsa uzun_uzun söhbət edənlər
tap tanışını “nə var, nə yox” denən
söhbətim şəhərimlə bu gün
zəhərim var bu gün
“track”im də var
tökəcəm nə qədər ki, gec deyil
söhbətim şəhərimlə bu gün
zəhərim var bu gün
“track”im də var
tökəcəm nə qədər ki, gec deyil
[bənd 3]
cəmiyyət məhv olur, yazmamaq olmur, susmaq olmur
azadlıq olub şou_biznes _ ancaq əyləncə üçün
bakının havasın _ nə udmaq, nə də ki, qusmaq olmur
açılmış pərdələr bağlanır bir gün evlənmək üçün
hər dəfə qoyuram qələmi tənqidə başlamadan
onsuz da dəyişmir heç nə, əsəblər boşuna məhv olur
bu xalqın tələbi belədir, səbəbi bilmir daşlamadan
onsuz da sabah düz olacaq şəxs, bu gün səhv olur
[nəqərat]
söhbətim şəhərimlə bu gün
zəhərim var bu gün
“track”im də var
tökəcəm nə qədər ki, gec deyil
söhbətim şəhərimlə bu gün
zəhərim var bu gün
“track”im də var
tökəcəm nə qədər ki, gec deyil
كلمات أغنية عشوائية
- trick daddy - bet that [explicit] كلمات الأغنية
- jordan knight - little drummer boy (bonus track) كلمات الأغنية
- gabriella troy - start of something new كلمات الأغنية
- linda ronstadt and ann savoy - too old to die young كلمات الأغنية
- gladys knight - good morning heartache كلمات الأغنية
- sammy hagar and the wabos - mexico كلمات الأغنية
- sammy hagar and the wabos - sailin كلمات الأغنية
- lloyd cole - i am not willing كلمات الأغنية
- letoya - tear da club up (h-town version) featuring bun b and jazze pha كلمات الأغنية
- george jones merle haggard - i think i'll just stay here and drink كلمات الأغنية