kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orkhan zeynalli - gəl gedək (live) كلمات الأغنية

Loading...

[bənd 1]
gəl gedək, ulduzlar rəqs edər bizimçün orada
gəl gedək ayaqyalın mavi dəniz sahilində
gəl gedək, orada insanlar yoxdur, deməli, yoxdur dərd
gəl gedək, əlimdən bərk yapış, gəl gedək

gəl gedək, orada çiçəklər və göyərçinlər
gəl gedək, sərin sulu bulaq, yaşıl çəmənliklər
gəl gedək, at bu qaranlıq şəhəri bir dəfəlik
gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək

gəl gedək, əbədi yaz küləkləriylə bizə qonaq gələr
günəş saçar, saçaqlarıyla saçlarını darar, hörər
bəyaz atlar isti qumlarda gəzdirər bizi
sonsuz meşə öz içində azdırar bizi

gözləyər bizi sərin kölgəsiylə uca çinar
gəl gedək, meyvə bağlarında, ağaclarda bar
gəl gedək, orada qayalarda ceyranlar qaçır
hava təmiz, hər tərəf işıq, səma açıq

gəl gedək, orada yoxdur yorulmaq və ağrımaq
istəsən də, bacarmazsan orada ağlamaq
gəl gedək, buludlar töksün hərdən şirin yağış
sanki rəssam əliylə çəkilib orada hər qarış
saatlarla dinləyək dalğaların səsin
sahildə bizdən başqa ayaq izi yox heç kəsin
yuxu kimi hər bağça doludur əlvan ətirlərlə
gəl gedək, gəzdirim səni sehrli nağıllarda

[nəqərat]
apar məni
sıxır bu qara şəhər məni
sahilə çırpınır dalğalar
bezmişəm, canım
apar buralardan məni uzaqlara

qar məni yandırır, titrədir ocaqlar
qapısı bağlı boş otaqda
qalmışam, canım
apar buralardan məni uzaqlara

[bənd 2]
qaranlığıma xoş gəldin, şəhərə qış gəldi
vəhşilər yarımadası büründü əbədi zülmətə
hər küçənin öz ağrısı var, gözünə yaş gəldi
daş binalar heç oxşamır rəngarəng cənnətə

burada sevgi imkansız, azadlıq zindansız
mümkün olmur burada, çünki insanlar çox vicdansız
hər baxış da sərt baxışdır, hamının içini qurd yeyir
çürümüş ürəklər şəhəri düzələ bilməz üsyansız
gəl gedək yaxşılar ölkəsinə, orada yoxdur dərd
gəl gedək, varlı, kasıb eyni, heç kəs olmur pərt
gəl gedək, buludların içində tapaq o ölkəni
gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək

gəl gedək, orada insanlar yalan danışmır
hər kəs öz işində, heç kəs heç kəsin işinə qarışmır
yoxdur padşahlar, yoxdur nökərlər, yoxdur cinayət
gəl gedək, orada yox rüşvət və xəyanət

danışır eyni dildə hamı, yoxdur millətlər
hər kəs eyni, yoxdur fərqli dinlər
heç kəs orada tutmaz səndə eybi
yoxdur paxıllıq və oğurluq, yoxdur içkilər
yox qumar, yox söyüş, zəhərli bitkilər

gəl gedək, qaranlıq şəhərin tüstülərində
boğulmaqdansa, yataq cənnət istilərində
körpə uşaqlar kimi, zərif, incə sətirlərdə
gəl gedək, gəzdirim səni sehrli nağıllarda

[nəqərat]
apar məni
sıxır bu qara şəhər məni
sahilə çırpınır dalğalar
bezmişəm, canım
apar buralardan məni uzaqlara
qar məni yandırır, titrədir ocaqlar
qapısı bağlı boş otaqda
qalmışam, canım
apar buralardan məni uzaqlara

apar məni
sıxır bu qara şəhər məni
sahilə çırpınır dalğalar
bezmişəm, canım
apar buralardan məni uzaqlara

qar məni yandırır, titrədir ocaqlar
qapısı bağlı boş otaqda
qalmışam, canım
apar buralardan məni uzaqlara

apar məni
(sıxır bu qara şəhər məni)
(sahilə çırpınır dalğalar)
(bezmişəm, canım)
(apar buralardan məni uzaqlara)

qar məni yandırır, titrədir ocaqlar
qapısı bağlı boş otaqda
qalmışam, canım
apar buralardan məni uzaqlara…

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...