kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orkhan zeynalli - briz كلمات الأغنية

Loading...

[bənd 1]
(orkhan zeynalli)
bizə olmaz, ver əlini sus
fərq eləmir nədir yolumuz
soyuq olsa, olaram buz
sən axı günəşsən, budur sonumuz
ötən aylara bax, illərə bax
heç nə danışma, dinlə və bax
mənim üçün sən, ən uca dağ
qucağın ətək, zirvə dodaq
səni tapdım bir küçədə
alıb itdın məni çərçivədən
sevgiyə uduzar mərci bədən
sevginin zəhəri təhlükəli civədən
səni tapdım, məni sevəsən
sevib unudasan ki, məntiqi sonuma çatım
ümid vermə, yox, o yaşım deyil
gəl, olan _ qalan ümidi al, amma qoyma batım

[nəqərat]
(röya miriyeva)
briz, atıb sahilə məni sənsiz
ver əlini üz
enək dərinə
olaq sonsuz dəniz
briz, atıb sahilə məni sənsiz
ver əlini üz
enək dərinə
olaq sonsuz dəniz

[bənd 2]
(orkhan zeynalli)
səni tapdım, yanımda qal
ya da çıx get, yanımda olma
istəyirsən dərd ol, istəyirsən ağrı
amma nə olar yalandan olma
səni tapdım, məni incit
məni qoy get, yağışla bax
sonra geri dön, “bağışla” de
səni yox, sevirəm səni bağışlamağı
axı səni tapdım, necə itirim indi?
qalxan ocaq idim, fitilim endi
dəyişib, gülmək, sevmək rəngin
sən dəyişmisən, orxan həmindir
səni tapdım, boş okeanda
məni də apar, gülüşün son gəmimdir
ağladın, bakı yandı
göz yaşın məni dibə aparan su pərimdir
sənə çatdım, amma gec idi
bu üzüntü yox, tərcih idi
qəlizəm axı tez çözdün məni, sevgilim
dəniz suyu bilib üzdün məni, sevgilim
son qara ton
gecə çox monoton, öp günaha batım
həyəcan vermə, o yaşım deyil
gəl, olan _ qalan canı al, amma qoyma batım
[nəqərat]
(röya miriyeva)
briz, atıb sahilə məni sənsiz
ver əlini üz
enək dərinə
olaq sonsuz dəniz

briz, atıb sahilə məni sənsiz
ver əlini üz
enək dərinə
olaq sonsuz dəniz

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...