
orkhan zeynalli - bir də gəlsəm كلمات أغنية
[bənd 1]
dedilər, pis yaşıdır indi, gözünüz üstündə olsun
istəyir, hamıdan güclü, hamıdan üstün bəy olsun
pis vərdişlər gəlir zəif insanın iyinə hər an
bir də ayılırsan ki, ailən olub iynə, dərman
iki dostun xəyalları, o yaş belə idi
mən də doğru yolları onun kimi kaş biləydim
ilk öpüş qədər şirin ilk dəfə dadına baxmaq
səhv yolun cazibəsi əyə bilər daş biləyi də
çox heyif…
dostumda özümü görürdüm, qızlar mənə baxmırdı
mən baxıb gözümü döyürdüm
dostum doğru yolu seçdi: idman, döyüş və yarışlar
mənsə iradəsizlik medalıyla özümü döyürdüm
yumruq sıxmaq belə bu gün çətin gəlir mənə
azıb qalmışam haramın yollarında
bədənim yalvarır ruhuma ondan əl çəkim deyə
son dəfə yuxuya getmək anamın qollarında
(haradasan?)
[nəqərat]
mən bir də gəlsəm dünyaya
saf gözlərinə doymaram
səhvim oldu, denən, harada?
gəlim bir də, qalım orada
gəl doğru yoldan boylanaq
[bənd 2]
gözümün içinə bax, ana, çəkinmə məndən
bilirəm, solub üzüm, azalıb çəkim bədəndə
sən məni belə böyütməmişdin, üzülmə, nə olar
çalış, görə biləsən oğlunu üzümdə, nə olar
yadına gəlir, iki körpə dost qalırdıq evdə?
‘’böyüyəndə kim olacaqsan?’’ sualına dalırdıq hərdən
yenidən doğuluram deyib boğuldum öz qanımda
hamı sevsin, istəyirdim, indi sevmir öz anam da
əlimdən tut, bax, həmin o balaca uşağam
qaranlıqda səni qorumaq üçün yanacaq o şamam
‘’inanıram sənə’’ deyib sığallamağın idi qızıl anım
mənsə inamını satıb oğurladım qızılların
halbuki bu səhv yolu seçəndə axı özümdə idim
‘’gözəl övladım’’ deyirdin, bəlkə gözün dəydi
hər şeyini aldım əlindən, bağışlamağa heç nə qalmayıb
‘’bağışla, ana’’ deməyə belə artıq üzüm gəlmir
[nəqərat]
mən bir də gəlsəm dünyaya
saf gözlərinə doymaram
səhvim oldu, denən, harada?
gəlim bir də, qalım orada
gəl doğru yoldan boylanaq
mən bir də gəlsəm dünyaya
saf gözlərinə doymaram
səhvim oldu, denən, harada?
gəlim bir də, qalım orada
gəl doğru yoldan boylanaq
كلمات أغنية عشوائية
- audio karate - monster in disguise كلمات أغنية
- audio karate - nintendo 89 كلمات أغنية
- audio karate - one day كلمات أغنية
- audio karate - rosemead كلمات أغنية
- audio karate - san jose كلمات أغنية
- audio karate - senior year كلمات أغنية
- audio karate - speak and the devil appears كلمات أغنية
- audio karate - t-san كلمات أغنية
- audio karate - the end won't justify the means كلمات أغنية
- audioslave - bring 'em back alive كلمات أغنية